Güləşçilərimiz olimpiadada sabah mübarizə aparacaqlar




Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir.

 Olimpiada çərçivəsində güləş yarışlarına sabah start veriləcək. 
Olimpiadada ölkəmizi sərbəst güləş üzrə iki idmançımız təmsil edir. Qadın güləşçimiz Şahanə Nəzərova (43 kq) Braziliya, Misir, Fransa, Hindistan, Moldova, Monqolustan, Yeni Zelandiya, Nigeriya və ABŞ təmsilçilərinə qarşı mübarizə aparacaq.
Şahanə Nəzərova xalça üzərinə sabah çıxacaq. Qadın güləşçilər 73, 43, 49, 57, və 65 kq çəki dərəcələrində qüvvələrini sınayacaqlar.
Digər təmsilçimiz Turan Bayramov mübarizəyə oktyabrın 14-də başlayacaq.  
Turan Bayramovun (65 kq) rəqibləri Misir, İran, Yeni Zelandiya, Pakistan və ABŞ güləşçiləri olacaq. Yarışlar 48, 55, 65, 80, 110 kq çəki dərəcələri üzrə keçiriləcək. 
İlk görüşlər Bakı vaxtı ilə saat 17.00-da, medal qarşılaşmaları isə gecəyarısı başlayacaq.
Reqlamentə əsasən, iştirakçılar iki qrupda (A, B) mübarizəyə start verəcəklər. Qrup qalibləri finala vəsiqə qazanacaqlar. İkinci yeri tutanlar isə bürünc medal uğrunda görüşə çıxacaqlar. Bu gün axşam saatlarında qrupların püşkü atılacaq.

Qeyd edək ki, Şahanə Nəzərova 2017-ci ildə, Turan isə bu il dünya və Avropa çempionu olub. İdmançılarımız Olimpiya Oyunlarına vəsiqəni Makedoniyanın paytaxtı Skopyedə keçirilmiş Avropa çempionatında əldə ediblər.






Bu yazı

1300 dəfə oxunub

Tarix

2018-10-11 14:17:34

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook