Velosiped yarışlarının mükafatı oğurlanıb




Britaniyanın velosiped yarışları üzrə "Team Sky” komandası velo yürüşçü Heraynt Tomasa məxsus və təmizlik işləri zamanı nəzarətsiz qalan "Tour de France” velosiped yarışlarının mükafatının oğurlandığını bildirib.
Ötən il bu komandanın üzvləri yarışların üç turunun hamısında qalib gəlib. Heraynt Tomas "Tour de France”ın, Saymon Yeyts "Vuelta” ispan mərhələsinin, Kris Frum isə "Giro de İtaly”nın qalibi olublar. Bu möhtəşəm qələbələrdən sonra "Team Sky” hər üç mükafatı bütün Britaniya ərazisində nümayiş etdirməyə başlayıb.
İngilis polisi Birminhemdə təşkil olunan sərgidə təmizlik işləri zamanı nəzarətsiz qalan mükafatın oğurlanması faktı ilə bağlı təhqiqata başlayıb. Komanda üzvləri də bu araşdırmalarda qanun keşikçilərinə kömək edir. Mükafatın sahibi H.Tomas deyib: "Mükafat oğrular üçün onun o qədər də dəyərli deyil, amma mənə və komanda üzvlərinə çox qiymətlidir. Ümidvaram ki, oğrular vicdanlarının səsinə qulaq asacaq və onu qaytaracaqlar. Kubok böyük əhəmiyyətə malikdir, ən əsası isə - o, heç kimin oğurlaya bilməyəcəyi qeyri-adi yay mövsümünün heyrətamiz xatirəsidir”.

"Tour de France” dünyada ən mötəbər velosiped yarışlarıdır. Fransanın yolları ilə "Böyük dövrə” yürüşü 1903-cü ildən bəri keçirilir.


Bu yazı

6021 dəfə oxunub

Tarix

2018-10-12 10:14:21

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook