Sabiq Kataloniya lideri yığmamızın oyununa baxıb



Sabiq Kataloniya lideri Carles Puigdemont (Puçdemon) dünən Farer adaları – Azərbaycan (0:3) oyununu izləyənlər arasında olub.

Farer adaları mətbuatının məlumatına görə, 55 yaşlı siyasətçi qarşılaşmaya Danimarka parlamentinin üzvü Magni Arge (şəkildə solda) və Yeni Kaledoniyadan olan siyasətçi Daniel Goa (şəkildə sağda) ilə birlikdə baxıb.

Kataloniyalı milli suverenliklə bağlı keçirilən konfrans üçün Farer adalarına təşrif buyurub.

Xatırladaq ki, Puigdemontun rəhbərliyilə Kataloniya 2017-ci ilin oktyabrında müstəqilliyini elan etsə də, İspaniya buna icazə verməyib və o da ölkəni tərk edib.



Bu yazı

1483 dəfə oxunub

Tarix

2018-10-12 14:23:34

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook