Tokioda Karate 1 Premyer Liqa seriyasına başlanılıb



Yaponiyanın paytaxtı Tokioda Dünya Karate Federasiyasının Karate 1 Premyer Liqa seriyasından turniri başlayıb.
Mövsümün sonuncu yarışında Azərbaycan milli komandasının heyətində 12 karateçimiz iştirak edir. Heyətdə Firdovsi Fərzəliyev (60 kq) Tural Ağalarzadə, Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Şahin Atamov və Asiman Qurbanlı (+84 kq), Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və İrina Zaretska (68 kq) yer alıblar.
Karateçilərimiz tatami üzərinə bu gün çıxacaqlar.


Bu yazı

6985 dəfə oxunub

Tarix

2018-10-12 15:11:14

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook