Tələbələrinin qəlbində taxt quran Vüqar müəllim!






Təxminən bir həftə əvvəl müəllimlər günü idi. Bu münasibətlə kiçik bir yazı yazaraq bütün müəllimlərimi təbrik etdim. Elə həmin anlarda ağlıma ilk gələn müəllimlərimdən biri-dekanımız Vüqar Əliyev oldu. Düzdür, Vüqar müəllim hələ mənə dərs deməyib, amma onun yaxşı pedaqoq olduğu haqqında çox eşitmişəm. 

Keçən dərs ilindən etibarən təhsil aldığım Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə rəhbərlik edən bu şəxs özünün ali insani keyfiyyətləri ilə çoxlarının, o cümlədən də tələbələrin sevgisini, rəğbətini qazanmağı bacarıb. Həm də təkcə bizim ali məktəbdə yox, eləcə də, digər təhsil müəssisələrində. Dediklərimin təsdiqi üçün təkcə bir faktı qeyd edim: aprel ayında Azərbaycan Dillər Universitetinin "Elm və təhsil Cəmiyyəti" Departamenti Vüqar müəllimi "Müasir Azərbaycanın inkişafında gənclərin rolu" mövzusu ilə bağlı olaraq keçirilən tədbirə dəvət etmişdi. Həmin seminarda bir tələbə yoldaşımızla birlikdə mən də iştirak edirdim. Tədbir başa çatdıqdan sonra bir neçə tələbə dekanımıza yaxınlaşıb, ona jurnalistika ilə bağlı müxtəlif suallar verib, məsləhətlər istədi. Vüqar müəllim həmin gənclərə o qədər səmimi, mehriban cavab verdi ki... Həmin gənclərdən bir neçəsi ilə tez-tez danışıram. Mütləq Vüqar müəllimi soruşur, ona salam göndərirlər. Bax, budur insanların sevgisini qazanmaq...

Tam mübaliğəsiz deyə bilərəm ki, Vüqar müəllim tələbələrinə xüsusi diqqətlə yanaşır, onları(bizi) səbrlə dinləyir, zəruri məsləhət və tövsiyələrini əsirgəmir. Şəxsən mənə bir neçə dəfə yol göstərib, nəyi necə etmək lazım olduğunu deyib.

Vüqar müəllimin dekan təyin olunduğunu bildikdən sonra bu xəbəri əməkdaşlıq etdiyim "Olimpiya dünyası" qəzetində də bölüşmüşdüm. Redaksiyanın bütün kollektivi kimi o vaxtkı məsul katibimiz Hürrü müəllim də sevinmişdi və adətən danışmağı çox sevməsə də, bu dəfə ürəkdolusu hələ tanımadığım insan haqqında mənə məlumat vermişdi. Yadımda qaldığı qədər təxmini belə demişdi: "Savadlı adamdır. Yaxşı qələmi var. Vətənınə bağlıdır, türkçüdür... Sözün əsl mənasında dəryadır..."


Sonradan tədricən onu tanıdım. Gördüm ki, söylənilənlər şişirtmə deyil, əksinə, reallığa tam uyğundur. Nə yaxşı ki, bu insanı tanımaq bizə və şəxsən mənə qismət oldu.


Demək olar ki, hər gün onunla qarşılaşırıq. Fakültənin dəhlizində, universitetin həyətində, pilləkanlarda. Adətən harasa tələsdiyi hiss olunsa da, ayaq saxlayır. Salamlaşırıq. Həmin anlarda başa düşürəm ki, Vüqar müəllimlə tələbələri arasında, həqiqətən, çox yaxşı, səmimi münasibət var. O, bizə inanır, etimad göstərir. Biz də onunla fəxr edirik. Arzu edirəm ki, bu qarşılıqlı münasibət uzun illər davam edəcək və gələcəkdə nə vaxtsa öz qələmimizlə tanınmağı bacaranda keçmiş xatirələri yada salaraq fəxrlə "Biz Vüqar Əliyevin tələbələriyik” deyəcəyik. Bu, mütləq belə olacaq.

***

Bu gün Vüqar müəllimin-tələbələrinin və bütün pedaqoji kollektivin sevgisini-sayğısını qazanan dekanımızın ad günüdür.

Sizi təbrik edirəm, Vüqar müəllim! 100 yaşayın, sağlığlı və fərəhli ömür sürün!

Yəqin ki, bir müəllim üçün ən böyük uğur tələbələrinin qəlbindəki zirvəni fəth etməkdir.

Siz tələbəlırinizin qəlbində taxt qurmağı, ürəkləri  fəth etməyi bacarmısınız!!! 



Kənan Novruzov, 
BDU-nun Jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi



Bu yazı

5385 dəfə oxunub

Tarix

2018-10-12 17:14:12

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook