Azərbaycan güləşçisi Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb - video


Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının güləş yarışında mübarizəyə qoşulan Azərbaycan güləşçisi Şahanə Nəzərova bürünc medal qazanıb.
B qrupunda yer alan güləşçimiz ilk qarşılaşmada braziliyalı rəqibinə vaxtından əvvəl qalib gəlib (11:0). Şahanə Nəzərova ikinci görüşündə nigeriyalı güləşçini 6:0 hesabı ilə məğlub edib. Növbəti mərhələdə Şahanə son dünya çempionatının finalında uduzduğu amerikalı güləşçi ilə qarşılaşıb və bu dəfə də rəqibi ilə bacarmayıb (2:12).
Ruhdan düşməyən Şahanə Nəzərova qrupdakı son qarşılaşmasında fransalı rəqibinə qalib (3:0) gələrək B qrupunu ikinci yerdə tamamlayıb. Nəticədə həmyerlimiz bürünc medal uğrunda yarışda A qrupunda ikinci pillədə qərarlaşan Monqolustan təmsilçisi ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşdə rəqibinə 7:6 hesabı ilə qalib gələn Şahanə Olimpiadanın bürünc medalını qazanıb.
















































Bu yazı

7953 dəfə oxunub

Tarix

2018-10-14 09:22:46

Yazını

Çap et

Yazını

Paylaş