Turan Bayramov Olimpiya çempionudur - Video





Argetinanın paytaxtı Buenos Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında güləş yarışlarına yekun vurulub.
"Olimpnews.az" xəbər verir ki, sərbəst güləşçimiz Turan Bayramov (65 kq) mübarizəyə A qrupunda start verib. Dünya və Avropa çempionu ilk görüşdə Yeni Zelandiya təmsilçisini elə ilk hissədə çətinlik çəkmədən məğlub edib. Bayramov Pakistan güləşçisinə də asanlıqla qalib gələrək A qrupunda 1-ci yeri tutub. Beləliklə, Turan Olimpiadanın finalına vəsiqə qazanıb.
Həmyerlimiz finalda B qrupunun qalibi olan iranlı pəhləvanla qarşılaşıb. Dünya çempionatının yarımfinalında 8:2 hesabıyla qalib gəldiyi güləşçiylə Olimpiadanın həlledici görüşündə üz-üzə gələn Bayramov ilk hissəni 4:0 hesabıyla başa vurub. İkinci hissədə də üstünlüyü əldən verməyən sərbəst güləşçimiz Olimpiya çempionu adını qazanıb.

Qeyd edək ki, Azərbaycanı güləş yarışlarında təmsil edən ikinci təmsilçimiz Şahanə Nəzərova isə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb. 

A qrupu

Turan Bayramov - Tahi Pehi Eynsli Uesterli (NZL) 10:0
Turan Bayramov - İnayət Ullah (PAK) 8:0

FİNAL - Turan Bayramov - Məhəmməd Baqi Kərimiseyfabad (İRİ) 6:1


























































Bu yazı

12837 dəfə oxunub

Tarix

2018-10-15 10:06:13

Yazını

Çap et

Yazını

Paylaş