Formula 1 yarışlarının mövsümqabağı testlərinin cədvəli



2019-cu il Formula 1 yarışlarının mövsümqabağı testlərinin cədvəli məlum olub.
2019-cu ilin mövsümqabağı testləri hər biri 4 gün davam edəcək iki sessiyadan ibarət olacaq.
Birinci sessiya 2019-cu il fevralın 18-dən 21-dək, ikinci sessiya isə fevralın 26-dan martın 1-dək keçiriləcək. Beləliklə, gələn il mövsümqabağı testlərin formatı 2018-ci ildə istifadə edilən formatdan əsla fərqlənməyəcək. Hərçənd, bu sessiyaların İspaniyadan Bəhreynə keçirilə biləcəyi barədə söhbətlər gedirdi.
2016-cı il mövsümündən başlayaraq mövsümqabağı testləri eksklüziv olaraq Kataloniyadakı tras qəbul edir.
Onu da qeyd edək ki, 2019-cu il mövsümündə ilk Qran-Pri yarışları mövsümqabağı testlər başa çatandan cəmi iki həftə sonra – martın 15-dən 17-dək Avstraliyada keçiriləcək.


Bu yazı

20712 dəfə oxunub

Tarix

2018-10-19 14:13:12

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev