Qadın sablyaçılar dünya kubokuna hazırlaşır



Qadın sablyaçılardan ibarət Azərbaycan yığma komandası Ukraynanın Kiyev şəhərində təlim-məşq toplanışındadır. Oktyabrın 24-də başlamış təlim-məşq toplanışı noyabrın 6-dək davam edəcək.
Noyabrın 9-dan 11-dək Fransanın Orlean şəhərində keçiriləcək qılıncoynatmanın sablya növü üzrə qadınlar arasında dünya kubokuna hazırlıq xarakteri daşıyır.
Məşqlərdə sablyaçılarımızla birgə Türkiyə idmançıları da iştirak edir. Şəxsi və komanda üzrə keçiriləcək yarışda ölkəmizi Sevil və Sevinc Bünyatova bacıları, Səbinə Kərimova ilə Aysel Əhədova təmsil edəcək.


Bu yazı

3934 dəfə oxunub

Tarix

2018-10-29 14:03:14

Yazını

Çap et

Yazını

Paylaş