Formula 1 yarışları Vyetnamda



2020-ci ildə Vyetnamın paytaxtı Hanoy şəhərində ilk dəfə olaraq Formula 1 yarışlarının mərhələsi keçiriləcək.
AZƏRTAC F1News.ru saytına istinadla xəbər verir ki, gələn həftə Hanoy trasının konfiqurasiyasının təqdimatı nəzərdə tutulur.
Yeni Qran-Prinin təqdimatına dəvətnamədə deyilir: "Hanoyun hakimiyyət orqanları FOM ilə kontrakt bağlayıblar. Beləliklə, 2020-ci ilin aprel ayından başlayaraq bu şəhər rəsmən Formula 1 mərhələsinin keçiriləcəyi yer olacaq”.
Hanoyun hakimiyyət orqanları əvvəlcə istəyirdilər ki, tras Köhnə Şəhərin yaxınlığındakı Hoankyem gölünün ətrafı ilə keçsin, lakin yekunda bu trası Mi Din stadionunun yaxınlığına keçirmək qərara alınıb, çünki orada yol paytaxtın mərkəzi ilə müqayisədə daha genişdir.
Formula 1 yarışlarının direktoru Çarli Uaytinq bu yaxınlarda Hanoya səfər edib. O əmindir ki, tras vaxtında hazır olacaq. Trasın bir hissəsi mövcud yollar boyunca keçəcək, bir hissəsi isə hələ tikilməlidir, lakin bu, problem yaratmamalıdır.




Bu yazı

3081 dəfə oxunub

Tarix

2018-11-02 11:33:21

Yazını

Çap et

Yazını

Paylaş