Final oyununun təhlükəsizliyi üçün



2019-cu il mayın 29-da Bakıda təşkil olunacaq UEFA Avropa Liqasının final oyununa hazırlıq məqsədilə müxtəlif məsələlərin müzakirə edildiyi mütəmadi iclaslar keçirilir.
Növbəti belə tədbir Bakı Olimpiya Stadionunda təşkil olunub. Final qarşılaşmasının təhlükəsizliyinin təmin olunması ilə bağlı iclasda UEFA nümayəndələri Andreas Schar və Deni Kistenyov, oyunun təşkili üzrə əməliyyat qrupunun üzvləri, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iştirak edib.


Bu yazı

2699 dəfə oxunub

Tarix

2018-11-05 10:17:49

Yazını

Çap et

Yazını

Paylaş