Çingiz Hüseynzadə AOK-un İcraiyyə Komitəsinin iclasında iştirak edəcək



Noyabrın 8-də İspaniyanın Marbella şəhərində Avropa Olimpiya Komitəsinin İcraiyyət Komitəsinin növbəti iclası keçiriləcək. İclasda Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edəcək. Tədbir çərçivəsində həmçinin, AOK-un prezidenti Janez Koçijançiç, baş katibi Rafael Paqnozzi adı çəkilən təşkilatın hesabatı ilə çıxış edəcəklər.


Bu yazı

2607 dəfə oxunub

Tarix

2018-11-07 15:22:11

Yazını

Çap et

Yazını

Paylaş