Millimiz dünya çempionatını bürünc medalla başa vurdu



Birləşmiş Ərəb Əmirliyinin Fucairah şəhərində keçirilən taekvondo üzrə komandalararası dünya çempionatına yekun vurulub.
Çempionatda iştirak edən Azərbaycanın böyüklərdən ibarət yığma komandası yarımfinalda Rusiya millisi ilə qarşılaşıb. Bərabər səviyyədə keçən görüşdən Rusiya komandası qalib ayrılaraq finala yüksəlib. Meksika və Bakıda təşkil olunmuş dünya kuboku və komandalararası dünya çempionatında qalib olan millimiz bu yarışı bürünc medalla başa vurub.
Finalda isə Rusiya və İran taekvondoçuları üz-üzə gəliblər. Çempionatın qalibi İran millisi olub.
Komandamız yarışda baş məşqçilər Reza Mehmandoust, Elnur Amanov və böyük məşqçi Rəşad Əhmədovun rəhbərliyi ilə çıxış edib.


Bu yazı

13599 dəfə oxunub

Tarix

2018-11-30 09:51:46

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev