Rusiyadan gümüş medal



Noyabrın 24-25-də Rusiyanın Yakutiya vilayətində mas-reslinq üzrə üçüncü dünya çempionatı keçirilib. Yarışda 39 ölkədən 200-dən çox idmançı mübarizə aparıb. Ölkəmizi bu yarışda Samir Abdullayevin rəhbərliyi altında 6 (4 oğlan, 2 qız) idmançı təmsil edib. Komandamız turniri bir medalla başa vurub. Yeganə medalı komandamıza 55 kq çəki dərəcəsində çıxış edən Şəfəq Məmmədova qazandırıb. O Hindistan, Latviya və ABŞ idmançıları üzərində qələbə qazanaraq finala yüksəlib. Həlledici görüşdə isə rusiyalı rəqibinə məğlub olaraq gümüş medala sahib çıxıb.



Bu yazı

2410 dəfə oxunub

Tarix

2018-11-30 15:13:46

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook