Alonso marafonda iştirak edəcək



Formula-1 yarışlarında karyerasını başa vuran ispaniyalı pilot Fernando Alonso "Wayne Taylor Racing” qrupunun tərkibində və”Cadillac Dİi-VR” avtomobilinin sükanı arxasında 2019-cu ilin İMSA seriyasından olan "Daytonada 24 saat” marafonunda iştirak edəcək. Bununla bağlı "General Motors” şirkəti ilə pilot arasında razılıq əldə olunub.
Bu razılığa əsasən, Alonso "İndy 5090” əfsanəvi yürüşündə "Chevrolet” mühərriki olan maşınla çıxış edəcək. Kontrakt haqqında açıqlama dekabrın əvvəlində gözlənilir.
Əvvəllər Alonso və dəfələrlə NASCAR çempionu olmuş Cimmi Conson Bəhreyn trasında nümunəvi çıxışlar keçiriblər. Pilotlar bu yürüşlərdə texnika mübadiləsi ediblər.
Xatırladaq ki, Fernando Alonso Formula-1 dünya çempionatlarında özünün son yürüşünü bu yaxınlarda noyabrın 25-də Əbu-Dabidə keçirilən Qran-Pridə keçirib.


Bu yazı

2310 dəfə oxunub

Tarix

2018-11-30 16:29:24

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook