Avropa birinciliyindən gümüş medal



Azərbaycan idmançısı Rahid Vəliyev yeniyetmələr arasında taekvondo üzrə Avropa birinciliyində gümüş medal qazanıb.
İspaniyada təşkil edilən qitə birinciliyində 11 taekvondoçu ilə təmsil olunan komandamızın üzvü medala sahib olub.
Belə ki, 37 kiloqram çəki dərəcəsində mübarizə aparan R.Vəliyev fransalı (21:19), türkiyəli (13:10) və rusiyalı (26:04) rəqiblərinə qalib gəlib. Yarımfinalda daha bir rusiyalı idmançı ilə qarşılaşan taekvondoçumuz (7:6) qalib gələrək finala yüksəlib. Lakin finalda Danimarka təmsilçisi ilə gərgin idman mübarizəsi şəraitində keçən döyüşdə 32:35 hesabı ilə məğlub olan taekvondoçumuz yarışı gümüş medalla başa vurub.
Beləliklə, Rahid Vəliyev iştirak etdiyi ilk qitə birinciliyində mükafatçılar sırasında yer alıb.


Bu yazı

1579 dəfə oxunub

Tarix

2018-12-05 12:37:11

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook