Tələbələrin respublika birinciliyi yekunlaşdı


"Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta təhsil müəssisələri tələbələri arasında keçirilən respublika birinciliyi başa çatıb. Birinciliyin təqvim planına idmanın 5 növü - şahmat, dama, stolüstü tennis, voleybol və basketbol (qızlar və oğlanlar) daxil edilib. Respublika birinciliyinə Bakı 2 saylı Baza Tibb Kollecinin idman zalında keçirilən voleybol (qızlar və oğlanlar) yarışları ilə yekun vurulub.
Oğlanların voleybol yarışlarında 5 komanda qalib adı uğrunda mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışda Bakı Sosial İqtisad Kolleci birinci yerə layiq görülüb. 2 saylı Bakı Baza Tibb Kolleci ikinci, Azərbaycan Dövlət Pedaqoji Kolleci isə üçüncü yerə sahib çıxıb.
5 komandanın iştirak etdiyi voleybolçu qızların mübarizəsində isə Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bakı 2 saylı Tibb Kolleci və Bakı 1 saylı Tibb Kolleci müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar.









Bu yazı

1828 dəfə oxunub

Tarix

2018-12-05 14:44:24

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook