“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına dair İdman Akademiyasında tədbir keçirilib


5 dekabr 2018-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasinda "Gender əsaslı zorakılığa qarşı 16 günlük kampaniya" çərcivəsində Krav Maqa – özünü müdafıə üzrə təlim proqramının açılışında Gənclər və İdman Naziri Azad Rəhimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, akademiyanın rektoru Fuad Hacıyev, İsrail Səfirliyinin Missiya rəhbərinin müavini Xanım Avital Rosenberq, YUNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin müavini Xanım Min Yuan, Beynəlxalq Krav Mağa Federasıyasının baş məşqçisi Lilach Sheeff, idman akademiyasının IV kures tələbəsi Ülkər Əsədova, akademiyanın professor-müəllim heyəti və rələbələr iştirak ediblər.
Gənclər və İdman Naziri Azad Rəhimov çıxışında bildirdi ki, təsadüfi deyil ki, Krav Maqa proqramının açılışı Gender əsaslı zorakılığa qarşı 16 günlük kampaniya çərçivəsində həyata keçirilir. O da təsadüfi deyil ki, bu proqram Ailə, Qadın və Uşaq problemləri Dövlət Komitəsi ilə yanaşı bizim nazirliyimiz tərəfindən dəstəklənir. Çünki Gənclər və İdman Nazirliyi idmanı geniş kütlələr üçün sağlam həyatın, özünə inamın tərkib hissəsi kimi qəbul edir.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da "16 günlük kampaniya” müxtəlif təşkilatlar tərəfindən geniş keçirilir. Nəzərə alınsa ki, sağlam olmaq hər bir insanın fundamental hüquqlarından biridir, onda bu kampaniyanın həyata keçirilməsində idmanın vacibliyi danılmazdır.
Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında böyük rolu və iştirakı olmuş qadınların sayı kişilərin sayından heç də az deyildir. Müstəqilliyimizin 100-cü ildönəmində biz əminliklə deyə bilərik ki, dövlət əhalinin bədən tərbiyəsi və idmanla məşğul olması üçün münbit şərait yaratmışdır. Bu sahədə gender balansını saölamaq üçün biz qızların və qadınların iştirakına daha böyük diqqət ayırırıq, əlavə şərait yaradırıq.
Müasir dünyada idman insanların, o cümlədən qadınların məşğulluğu üçün yeni imkanlar, yeni peşələr yaradır. Bu, idman pedaqogikası, təşkilatçısı, inşaatı, jurnalisti, tibbi peşələri, Tədqiqitçısı və s. peşələrdir. İdmanla bağlı bir sıra tətbiqi sahələr əmələ gəlir. Krav-Maqa məhz elə bu fikri təsdiqləyir-idman təkcə peşə və asudə vaxtının təşkili deyil, sağlamlıq və insan hüquqlarının qorunması alətidir.
Təcrübə göstərir ki, zərərli vərdişlərin profilaktikasında, gənclərin asudə vaxtının səmərəli təşkili, onların idmana kütləvi surətdə cəlb edilməsi müstəsna əhəmiyyətə malikdir. Hal-hazırda ölkəmizdə bədən tərbiyəsi və idmanla məşğul olanların ümumi sayı 1.785.900 nəfərdir. Bu, j deməkdir ki, hər 5-ci nəfər idmanla arıcıl məşğul olur. Respublikamızın əksər bölgələrində fəaliyyət göstərən olimpiya idman kompleksləri, idman zalları və meydançaları, Bakı şəhərində və rayonlarda gənclərə sosial xidmət göstərən "Gənclər Evləri” gənc nəslin asudə vaxtının səmərəli təşkilində mühüm rol oynayır.
İdman insanlar arasında sülh və dostluğu təşviq edən bir fenomendir. Lakin, insanlar zorakılığa məruz qalanda idman həmçinin müdafiə vasitəsinə çevrilə bilər. Təəssüflə qeyd etməliyəm ki, qadınlar və, xüsusən gənc qadınlar, daha çox zorakılığın obyektinə çevrilirlər. Əfsuslar olsun ki, Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz qızlar və qadınlara qarşı zorakılığın sayını və şiddətini artırır. Buna görə də qadınların özünü müdafiə məsələsi xüsusi əhəmiyyət kəsb edir.
Bu İsrail dövlətinin Azərbaycandakı səfirliyinə Krav Maqa – təlim proqramını təşkili etdiyi və beynəlxalq federasiyanın baş məşqçisi xanım Lilach Sheeff-ə Bakıda təlimləri keçirdiyi üçün təşəkkürümüzü bildiririk.
İnanıram ki, bu təlimlər nəticəsində qadınlar arasında özünü müdafiə sistemi yayılacaq və nəticədə zorakılığın qarşısının alınmasına töfhə verəcək. Eyni zamanda arzu edirəm ki, əldə etdiyiniz biliklər sizə gərək olmasın.


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı hallarının cəmiyyət tərəfindən həmişə mənfi qarşılanmasına, cəmiyyətin bu bəlaya aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, son illərdə Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi təsirli tədbirlərinə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, qadınlara qarşı zorakılıq hələ də mövcuddur. O bildirib ki, Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın böyük dəstəyi ilə ölkəmizdə güclü hüquqi qanunvericilik bazası əsasında qadınlar üçün bərabər imkanların yaradılması və sosial həyatın bütün sahələrində onların aktiv iştirakı üçün mühüm işlər görülür. Hazırda bütün icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb, gender məsələləri üzrə əlaqələndirici şəxslər təyin edilıb. Monitorinq qrupları baş vermiş zorakılıq hallarını araşdırır, qurbanların müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə funksiyaları həyata keçirir.
Müstəqil Azərbaycan Respublikasında fiziki cəhətdən daha sağlam, daha güclü, daha kamil və ba¬ca¬rıq¬lı, müasir qadınların tərbiyəsinə diq¬qət artırılmışdır.
Elm və incəsənət sahəsində olduğu kimi, bədən tərbiyəsi və idman sa-həsində də Azərbaycan qadınları çətin və mürəkkəb bir yol keçiblər. Vax¬tı ilə nadan adamlar azərbaycanlı qadınların səhnəyə çıxmasına, ya¬xud idmanla məşğul olmasına hər vasitə ilə mane olurdular. Bu ma¬neə¬lə¬ri aradan qaldırmaq və bədən tərbiyəsi ilə məşğul olmaq hüququ qa¬zan¬maq üçün Azərbaycan qadınlarından böyük qüvvə, iradə və fədakarlıq tələb olunurdu.
Müstəqillik illərində Azərbaycan Respublikasının Prezident İlham Əliyevin diqqəti sayəsində ölkəmizdə qadın və uşaq hüquqlarının qorunması istiqamətində ciddi tədbirlər görülüb. Məişət zorakılığının qarşısının alınması Azərbaycanın dövlət qadın siyasətinin tərkib hissəsidir. "Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qanunun qəbul olunmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolu və fəaliyyəti xüsusi qeyd edilməlidir.
Açılış nitqilə çıxış edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev bildirib ki, bu günkü tədbir Gender əsaslı zorakılığa qarşı 16 günlük kampaniya çərçivəsində keçirilir. Kampaniyanın 16 günlük olması heç də təsadüfi deyil. Hər il kampaniya 25 noyabr – Qadınlara Qarşı Zorakılığın Aradan Qaldırılması Beynəlxalq Günündə başlayır və 10 dekabr – İnsan Hüquqları Günündə bitir.
Hər il "zaman çatdı”, "daha olmasın” və s. bu kimi həşteqlər kampaniyanın ümumi mövzusu olaraq götürülür. Bu ilin mövzusu "Məni də eşidin” (#HearMeToo) həşteqidir. Bu, çox vacib mesajdır. Zorakılığa məruz qalanları eşitmək lazımdır ki, onların taleləri təkrarlanmasın, zorakılığa məruz qalanların sayı azalsın.
Lakin düşünürəm ki, yalnız savadı olan qadın danışmağa cəsarət tapa bilər; yalnız öz hüquqları haqqında məlumatı olan qadın anlaya bilər ki, onun hüquqları pozulur; yalnız təhsili olan qadın həm özünü, həm də gələcəkdə qızını müdafiə edə bilər.
Bu, isə o deməkdir ki, təhsilə daha da çox diqqət ayrılmalıdır.
İdman Akademiyasının qabağında qoyulan əsas vəzifələrdən biri də məhz təhsilin keyfiyyətinin qaldırması, layiqli vətəndaşların yetişdirilməsi və öz sahələrində rəqabətqabiliyyətli mütəxəssislərin formalaşdırılmasıdır. Bunları nəzərə alaraq, Akademiyada ardıcıl islahatlar aparılır. Son 2.5 il ərzində beynəlxalq ekspertlərin iştirakı ilə bakalavr səviyyəsi üzrə 4, magistratura səviyyəsi üzrə isə 2 yeni təhsil standartı hazırlanmışdır. Eyni zamanda, tədrisi ingilis dilində olan 3 yeni magistr proqramı – "İdman tibbi və reabilitasiya”, "İdman menecmenti” və "İdman jurnalistikası” magistr proqramları yaradılmışdır.
Bu ilin 16 noyabr tarixində cənab Prezidentin Sərəncamı ilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Proqrama əsasən, Azərbaycan ali təhsil müəssisələri beynəlxalq reytinqlərə düşməli, xarici universitetlərlə əməkdaşlıq etməli, aparıcı dünya ekspertlərini cəlb etməli, həm yerli, həm xarici ekspertlərin iştirakı ilə tədrisi qurmalı və ikili diplomların verilməsi istiqamətində iş aparmalıdırlar.
Biz sevinirik ki, Dövlət Proqramında qeyd olunanlar bizim də keyfiyyətli təhsil fəlsəfəmizi əks etdirir. Artıq 2 ildir ki, biz Böyük Britaniyanın UCL və Şeffild Hallam Universitetləri ilə əməkdaşlıq edirik, bizim ingilis dilli magistr proqramlarında tədris həm aparıcı xarici mütəxəssislər, həm yerli ekspertlər tərəfindən aparılır və artıq biz də ikili diplomların verilməsi üçün imkanlar axtarırıq.
Qeyd edim ki, Azərbaycanda qadınlara hər zaman böyük önəm verilib, onların fikirlərinə hörmətlə yanaşılıb. Misal kimi, bu il 100-illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətini göstərə bilərik. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə zamanına görə çox proqressiv qərarlar verilmişdir. İlk növbədə etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqları tanınmış, eyni zamanda bir çox Avropa ölkələrindən daha əvvəl qadınlara seçki hüququ verilmişdir.
Bu, onu göstərir ki, Azərbaycanda qadınlara həmişə dəyər verilib və onların inkişafı üçün şərait yaradılıb.
Fəxrlə deyə bilərik ki, hazırda Akademiyada təhsil alan 787 Olimpiya, dünya və Avropa çempion və mükafatçısından 139 nəfəri gənc qızlardır. Bu qızlarımız oğlanlarla bərabər Azərbaycan bayrağını müxtəlif beynəlxalq tədbirlərində qaldırır, himnimizi səsləndirir, bizləri layiqincə təmsil edirlər. Bu qızlar beynəlxalq idman arenalarında Vətənin şərəfini qoruyurlar. Onlar Vətən müdafiəçisidirlər və hər an həm özlərini, həm Vətəni müdafiə etməyə hazırdırlar. Bu, isə çox vacibdir, çünki yalnız öz hüququnu bilən və özünü müdafiə etməyi bacaran qadın öz Vətənini müdafiə edə biləcək, öz övladlarını müdafiə edə biləcək və, ən əsası, övladlarına Vətən sevgisini öyrədə biləcək.
Bu mövqedən təsadüfi deyil ki, özünümüdafiə təlimi məhz İzraildən gələn xanım tərəfindən keçirilir və İzrail səfirliyi ilə birgə təşkil olunur. Hamımız bilirik ki, İzrail dövlətində yalnız oğlanlar deyil, həm də qızlar Vətənə xidmət edir, onu qoruyurlar.
İnanıram ki, qızlarımız bu təlimdən böyük fayda alacaqlar və ümid edirəm ki, bu bizim İzrail səfirliyi ilə fəaliyyətimizin sadəcə başlanğıcı olacaqdır.
Əziz tələbələr, əziz xanımlarımız, özünüzə güvənin, hüquqlarınızı bilin, qarşınıza çıxan imkanlardan istifadə edin ki, inkişaf edəsiz, sağlam və xoşbəxt həyat yaşayasız!


İzrail Səfirliyinin Missiya rəhbərinin müavini Xanım Avital Rosenberq çıxışında qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində aparılan bu kampaniyanın davamlı olacağına əminliyini ifadə edi. Hələ də dünyanın müxtəlif ölkələrində qadınlara qarşı cinsi, fiziki və psixoloji zorakılıq faktları var. Təmsil olunduğu qurumun bu məsələyə xüsusi önəm verdiyini diqqətə çatdıraraq deyib: "Qadınlara qarşı zorakılıq dünyanın istənilən ölkəsində baş verir. Qadınlara qarşı bütün zorakılıqlar aradan qaldırılmalıdır”.


YUNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin müavini Xanım Min Yuan bildirib ki, qadınlara qarşı zorakılığa son qoymaq üçün dövlət qurumları və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın rolunu vurğulayıb: "Əsası cəmi bir neçə il bundan əvvəl qoyulan kampaniyanın indi milli səviyyədə daha çox iştirakçıları cəlb edən bir tədbirə çevrilməsi təqdirəlayiqdir”.
Beynəlxalq Krav Mağa Federasıyasının baş məşqçisi Lilach Sheeffçıxışında bildirdi ki, məni dəvət etdiyinizə görə hamınıza minnətdarlığımı bildirirəm. Sizin vaxtınızı almamaq üçün hamınızı gimnastika zalında praktiki olaraq təlim-məşq toplantısına dəvət edirəm.
İdman akademiyasının IV kures tələbəsi Ülkər Əsədova bildirdi ki, mənim həyat təcrübəm göstərir ki, müəllim-məşqçi idmançı qızlarda gözəlliyi başa düşmək bacarığını inkişaf etdirməyə ilk məşğələlərdən başlamalıdır. Bu prosesdə sağlamlığın möhkəmləndirilməsinə, qamətin şuxluğuna, yaxşı yerişə xüsusi diqqət verilməlidir. Gənc qızlarda mə¬nəvi sifətlərin, əqli keyfiyyətlərin və estetik zövqün formalaşdırılması, «Vətən, millət, islam» ruhunun təlqin edilməsi birbaşa tərbiyəçilərdən, hər şeydən əvvəl, məşqçilərdən, hakimlərdən, həmçinin idmançını əhatə edən kollektivlərdən asılıdır.
"Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) -10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır və gender əsaslı zorakılığın insan hüquqları pozuntusu olduğunu vurğulayır. Bütün dünyada fərdi şəxslər və təşkilatlar "16 günlük kampaniya” kimi genış şəkildə tanınan bu tədbir vasitəsilə hamını qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırır.
Tədbirin sonunda Beynəlxalq Krav Mağa Federasıyasının baş məşqçisi Lilach Sheeffçıxışında akademiyanın gimnastika zalında idmançı qızlara təlim-məşq toplantısı keçmişdir.




















Bu yazı

2850 dəfə oxunub

Tarix

2018-12-05 17:48:20

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev