Bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi və 5-ci bölgələrarası kubok yarışları keçirilir





Bu gün Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan birinciliyi və 5-ci bölgələrarası kubok yarışlarına start verilib.

"Olimpnews.az” xəbər verir ki, yarışların ilk üç günündə fərdi gimnastlar balacalar, yeniyetmələr, gənclər, qrup hərəkətləri komandaları isə balacalar və yeniyetmələr yaş kateqoriyalarında mübarizə aparırlar. 
Yarışlarda "Ocaq Sport” İdman Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, "AyUlduz” klubu, "Zirvə” İdman Klubu, "Sərhədçi” İdman Olimpiya Mərkəzi, Bakı Su İdmanı Sarayı, "Zabrat” İdman Klubu təmsilçiləri, eləcə də, Sumqayıt şəhərinin, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Kürdəmir, Şirvan və Göyçay rayonlarının yetirmələri qüvvələrini sınayırlar.
Turnirin sonuncu günündə bölgələrarası kubok yarışlarına start veriləcək. Sayca beşinci olan bu turnirdə bölgələri təmsil edən gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında çıxışları yerinə yetirəcəklər.
Yarışların ən maraqlı məqamı sonuncu günə təsadüf edəcək. Tamaşaçılar ötən il olduğu kimi, bu il də "Qızıl yaş” şousunda məşqçilərin iştirakı ilə maraqlı gimnastika nömrələrini izləyə biləcəklər.

Yarışa dekabrın 9-da yekun vurulacaq.




Bu yazı

1674 dəfə oxunub

Tarix

2018-12-06 12:30:54

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook