Heydər Əliyevin əziz xatirəsi idmançıların qəlbində əbədi yaşayacaqdır




Xalqımızın ümummilli lideri, Azərbaycan dövlətinin yaradıcısı və qurucusu, dünyanın ən nüfuzlu siyasi xadimlərindən biri, üst-üstə 23 il Azərbaycan Respublikasına rəhbərlik etmiş xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi idmançıların da qəlbində həmişə yaşayacaqdır. Təkcə ona görə yox ki. Heydər Əliyev Azərbaycanda müstəqil dövlət quruculuğunun memari idi, həm də ona görə ki, Azərbaycan xalqının hər bir nümayyəndəsi bu böyük insanı ölkənin milli təhlükəsizliyinin və sosial-iqtisadi rifahının təminatçısı kimi qəbul edirdi. Bu qeyri-adi şəxsiyyət Azərbaycanı inkişaf yoluna gətirib çıxarmışdı. Axı bu gün orta və gənc nəslin inkişafı, cəmiyyətdə formalaşması məhz bu böyük şəxsiyyətin dövlətimizin sükanı arxasına keçdiyi illərə təsadüf edir.
XXI əsr bəşəriyyətə sox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcədə bacarıqlı dövlət başçıları bəxş etmişdir. Bu gün biz fəxrlə deyə bilərik ki, belə xöşbəxt xalqlardan biri də Azərbaycan xalqıdır. Çünki, tarixdə onun Heydər Əliyev kimi dühası, müdrik rəhbəri var idi. Heydər Əliyev XXI əsrin görkəmli siyasi və dövlət xadimi kimi bütün dünyada yaxşı tanınan və tarixin yaddaşında qalan bir şəxsiyyətdir. Azərbaycan xalqı müdrik rəhbərliyi ilə Azərbaycan xalqının tarixində silinməz iz buraxan ümummilli lideri ilə fəxr edir. Heydər Əliyevin respublikaya rəhbərliyi həqiqətən onun çox zəngin fenomen olduğunu təsdiq edirdi. Onun möhkəm inamı, hər şeyə nüfuzetmə qabiliyyəti, qibtə doğuracaq hafizəsi hamını heyran edirdi.
Dünya şöhrətli siyasətçi xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatında millətin yaddaşına yazılmış anlar, məqamlar çox olmuşdur. Heydər Əliyevin diqqət və qayğısı sayəsində həyatımızın digər sahələri kimi, nəhəng idman sağlamlıq, Olimpiya məpkəzləri, idman kompleksləri tikilib istifadəyə verilmişdir. Bədən tərbiyəsi və idmanın kütləviliyi geniş vüsət almışdır. Müstəqilliyimizin ilk aylarından bu sahədə olduqca diqqətəlayiq nəticələrin daimi nəzarət altında idi. Respublikamızın keçid dövründə Azərbaycan gənclərinin qarşılaşdığı çətinliklər şübhəsiz mövcud idi.
Respublikada kütləvi bədən tərbiyəsi hərəkatı ümumxalq bədən tərbiyəsi hərəkatına geniş yola çıxmışdır. Bu yolun mühüm mərhələsi, ləğv olunan idman cəmiyyətləri və təşkilatları, ittifaqı əvəzinə, 1968-ci ildə Azərbaycan SSRİ Nazirlər Soveti yanında Resprublika Bədən Tərbiyəsi və İdman Komitəsinin yaradılması olmuşdur.
Nazirlər Sovetinin 28 noyabr 1969-cu il tarixli nümunəvi nizamnaməsi respublikanın rayonlarında bədən tərbiyəsi və idmanın inkişafına yeni impuls verldi. Həmin nizamnamədə
deyilir: gənclərin mədəni-məişət şəraitini yaxşılaşdırmaq üçün təşkilatlar tədbirlər görür, onların amillərinin sağlamlığının möhkəmləndirilməsi və fiziki tərbiyəsinin gündəlik qayğısına qalır. (Komsomol i sport, M.,»Moloda qvardiya», 1978, str. 111-112).
1969-cu ildən sonra Azərbaycanda bədən tərbiyəsi və idmana dövlət qayğısı nəticəsində idmançı qadın kadrları artmağa başlamışdır. Belə ki, həmin qayğının nəticəsində ilk dəfə olaraq Naxçıvan MR-dən məktəbli qızlarımız Azərbaycan DBTİ-nin hazırlıq şö’bələrinə qəbul olunmuşlar. 1977-ci ildə 50 nəfərdən ibarət Naxçıvanlı qızlar Azərbaycan DBTİ-ni bitirərək öz vətənlərinə qayıtmış və hazırda, onlar bədən tərbiyəsi və idman ixtisasları uzrə müxtəlif tədris ocaqlarında çalışırlar.
Keçmiş SSRİ dövründə Azərbaycanın bədən tərbiyəsi və idman həyatını sönük adlandırmaq ədalətsizlik olardı. Xüsusilə, 70-80-ci illərdə respublikada bu sahənin əhəmiyyətli maddi-texniki bazası yaradılıb. İmperiya meyarları milli komanda vəidmançılarımızın beynəlxalq imicinin formalaşması prosesini iflis etsə də, kütləvi bədən tərbiyəsi sahəsində müəyyən irəliləyişlər şəksizdir. Bu heç də böyük əzmi, iradəsi, fitri istedadı ilə bütün baryerləri aşaraq, dünya idmanı tarixinə parlaq səhifələr yazan idmançılarımızın uğurlarının əhəmiyyətini azaltmır. Ötən onilliklərdə dövlətimiz bu sahəyə xeyli məbləğdə vəsait yönəltmişdir. Hər rayonun, şəhərin qəsəbənin, kəndin, məhəllənin, məktəbin, müəssisənin, idman qurğularının mövcudluğu, onların bu gün də əsas idman bazası funksiyasını yerinə yetirməsi faktdır. Belə ki, statistik məlumatlara əsasən, hazırda respublikada 670-dən yuxarı idman qurğusu və bədən tərbiyəsi sağlamlıq mərkəzi fəaliyyət göstərir.
Respublikanın bədən tərbiyəsi və idmançılarının hazırlığının yaxşılaşdırılması işində respublika fəallarının bədən tərbiyəsi və idmana həsr olunmuş 21 iyun 1974-cü il tarixli yığınacağı həlledici rol oynadı. Həmin yığınacaqda respublikada bədən tərbiyəsi və idman işinin vəziyyətinə ətraflı və işgüzar təhlil verildi.

Azərbaycan KP MK-nın birinci katibi. SSRİ Siyasi Bürosunun üzvlüyünə namizəd Heydər Əliyev respublika fəallarının yığınacağında çıxış edərkən demişdir: «Kütləvi idman işinin inkişafına rəhbərlik böyük siyasi əhəmiyyətə malik işdir, çünki xalqın sağlamlığına bizim dövlət qayğımız həmişə böyük əhəmiyyət vermişdir və indi də verir. Ona görə də bədən tərbiyəsi və idman həmişə bütün təşkilatlarının diqqət mərkəzində olmuşdur. (Fizkulture i sportu-povsednevnuö partinnuyu zabotu.Baku,Azərnəşr,1974,str.24). Tezliklə,avqustun 6-da Azərbaycan KP MK və respublika Nazirlər Sovetinirn «Respublikada bədən tərbiyəsi və idmanın vəziyyəti və onun daha da inkişaf etdirilməsi tədbirləri haqqında» qərarı qəbul olundu», Respublikanın fəallar yığınacağından sonra isə qərarda idman qurğularının tikilməsi, kənddə və yaşayış yerlərində bədən tərbiyəsi və idmanın inkişafına, respublikanın qabaqcıl idmançılarının ustalığının tərəqqisinə nail olunması bədən tərbiyəsi-idman işi rəhbərliyinin kökündən yaxşılaşdırılması və başqa mühüm məsələlər qaldırıldı.
Bundan başqa qərarda kütləvi bədən tərbiyəsi və idman işləri rəhbərliyinin işinə qiymət verilməsinin bədən tərbiyəsi və idmanın hansı dərəcədə inkişaf etməsindən asılı olduğu da qeyd edilmişdir. Göstərildi ki, bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olanların sayı son 10 ildə iki dəfədən çox artmış və 1974-cü ildə 886 min 433 nəfərə çatmışdır. Məşğul olanların 108.844 nəfəri dərəcəli idmançı (2.429 nəfər 1-ci dərəcəli) və 348.083 nəfəri isə ƏMH nişançısı idi. (Azərbaycan bədən tərbiyəsi və idman komitəsinin hesabatı.1974).
Respublika hökümətinin tükənməz diqqəti sayəsində idmanın maddi – texniki bazasının, bədən tərbiyəsi və idmanın kütləviliyinin yaxşılaşdırılmasına və inkişafına imkan yaranmışdı.
Bədən tərbiyəsi və idman cəmiyyətdə şəxsiyyətin mənəvi və əxlaqi simasının formalaşması üçün təsirli vasitədir. Bunun əyani nəticələrinin bədən tərbiyəsi və idmanın kütləviliyndə, idman bazalarının kifayət qədər mövcud olmasında axtarmaq lazımdır.
Azərbaycanda bədən tərbiyəsi və idmana dövlət qayğısının nəticəsində 1974-cü il sentyabrın 1-dən uşaq və gənclər idman məktəblərində və yüksək idman ustalığı məktəblərində müasir elmi-metodik tələblər və tə’lim-məşq məşğələlərinin həcmi xeyli artırılmışdır. Belə ki,

* 1975-ci ildə futbol, yüngül atletika, idman oyunları üzrə respublika yüksək idman ustalığı məktəbləri, 1976-1980-ci illər ərzində isə şəhər və rayon bədən tərbiyəsi və idman komitələri yanında 14 idman məktəbi açılmışdır;

* 1975-ci ildən başlayaraq ildə 4 dəfə Azərbaycan və rus dilində üç çap vərəqi həcmində idmana dair informasiya materialları məcmuəsi nəşr edilmişdir;

* İdman obyektləri tikintisi həcminin artması ilə əlaqədar olaraq Respublika Bədən Tərbiyəsi və İdman Komitəsində əsasalı tikinti şöbəsi yaradılmışdır;

* Zəhmətkeşlər arasında sağlamlıq və kütləvi idman işi kökündən yaxşılaşdırılmış, ƏMH kompleksinin geniş təbliq olunması sahəsində həmkarlar ittifaqı təşkilatlarının və könüllü idman cəmiyyətlərinin, əmək və təlim prosesində gimnastika təşkil edilmiş, sağlamlıq zonaları yaradılmış, yaşayış yerlərində bədən tərbiyəsi işi gücləndirilmişdir;

* 1975-1976-cı illərdə respublikanın 20 şəhər və rayon xalq maarif şöbəsinin metodik kabinetində fiziki tərbiyə üzrə metodiki vəsaitləri tətbiq edilmişdir;

* Uşaq və gənclər idman məktəblərinin fəaliyyəti gücləndirilmiş, məşqçi-müəllim heyətinin tərkibi keyfiyyətcə yaxşılaşdırılmış, uşaq və gənclər idman məktəblərində təlim - tərbiyə prosesinin səviyyəsi yüksəldilmişdir;

* Elmi-Tədqiqat Pedaqogika İnstitutu yanında fiziki tərbiyə və ibtidai hərbi hazırlıq bölməsi yaradılmışdır. «Azərbaycan məktəbi» jurnalının əlavəsi kimi «Məktəbdə bədən tərbiyəsi» bülleteni buraxılmışdır;

* Respublikanın rayon və şəhərlərində idman üzrə ixtisaslaşma və gimnastika, yüngül atletika, üzgüçülük, avarçəkmə, qılıncoynatma və idmanın digər növləri üzrə ehtiyat qüvvələr hazırlamaq üçün müddəti uzadılmış siniflər təşkil edilmişdir;

* Şagirdlər arasında bədən tərbiyəsi və idman xeyli yaxşılaşdırılmış, texniki peşə məktəblərində idman kompleksləri yaradılmışdır;

* Zəhməitkeşlər arasında kütləvi sağlamlıq işi yaxşılaşdırılmış, sağlamlıq zonaları şəbəkəsi genişləndirilmiş, müalicə bədən tərbiyəsi inkişaf etdirilmişdir;

* 1974-1976-cı illər ərzində Mingəçevir, Lənkəran, Şəki şəhərində həkim-bədən tərbiyəsi dispanserləri açılmış bədən tərbiyəsi və idmanla məşğul olan şəxslərə xidmət üçün həkim kabinetləri şəbəkəsi genişləndirilmişdir;

* 1975-1976-cı tədris ilində etibarən N.Nərimanov adına ADTİ-da «Həkim nəzarəti və müalicə bədən tərbiyəsi» ixtisası üzrə internatura təşkil edilmişdir;

* «Neftçi» futbol komandasının maddi-texniki bazası möhkəmləndirilmiş, bazanın tikintisi 1975-ci ildə başa çatdırılmışdır;

* 1975-1980-ci illərdə Bakı şəhərində idmanın olimpiya növləri üzrə ixtisaslaşdırılmış idman qurğuları tikilmişdir;

* Orta və səkkizillik məktəblərin yanında idman salonları, habelə bu bazaların yanında atçılıq idman məktəbləri yaradılmışdır;

* 1975-80-cı illərdə şəhərin mikrorayonlarında və yaşayış massivlərində idman qurğuları tikilib istifadəyə verilmişdir. Boş sahələri olan mövcud orta və səkkizillik məktəblərin binalarına bitişik idman salonları tikilmiş, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu binası və idman kompleksinin tikilməsi isə 1972-ci il sentyabrın 1-də başa çatmışdır;

Bədən tərbiyəsi və idmana dövlət qayğısı nəticəsində 1974-78-ci illərdə respublikada güclü mədəni-idman kompleksi yaradılmışdır.
Azərbaycanda həmin illərdə 3.349 klub, 4,148 kitabxana, 95 muzey, 10,580 idman qurğusu, o cümlədən 1.233 idman salonu, 62 stadion, 25 ücgüçülük hovuzu var idi. Mədəni-maarif və kütləvi bədən tərbiyəsi işi sahəsində müsbət təcrübə toplamış, klubların və idman qurğularından istifadə olunmasında onların rolu artmışdır.
Respublikamızın indiki keçid dövründə Azərbaycan gənclərinin qarşılaşdığı çətinliklər şübhəsiz mövcuddur. 1982-ci illərin ortalarından etibarən Respublikada gənclərin taleyinə laqeyd münasibət göstərilməsi nəticəsində gənc nəsil çox kəskin problemlərlə üz-üzə qalmışdı. Hətta gənclərin problemlərini həlli ilə konkret məşğul olan dövlət qrumu da yox idi. Məhz Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin 179 saylı fərmanına əsasən, 1994-cü ildə Respublika Gənclər və İdman Nazirliyinin yaradılması mühüm hadisə kimi qiymətləndirildi. 1994-cü il respublikamızın idman həyatında dönüş ili adlandırmaq olar. Deməliyik ki, məhz həmin ildən müstəqil Azərbaycan dövləti rəsmən bədən tərbiyəsi və idmana sahib çıxdığını bəyan etmiş, bu sahənin dövlət siyasətində önəmli yer tutduğunu sübuta yetirmişdir.
Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin yaranması (18 aprel 2001-ci il) respublikada bədən tərbiyəsinin sosial rolunu daha da artırmaq üçün istehsal gimnastikasının, kütləvi turizmin, əhalinin yaşadığı yerlərdə bədən tərbiyəsinə marağın artmasına və idman kolletivlərində bədən tərbiyəsi və idmanın inkişafına təkan verir.
Ölkə rəhbərinin fərmanı ilə 1995-ci ildə Azərbaycanda İdman Fondu yaradıldı, İdmanın inkişafı üçün Prezident fondundan vəsait ayrıldı. Məlum həqiqətdir ki, Heydər Əliyevin Azərbaycan Respublikasının prezidenti seçildikdən sonra ölkədə idmana münasibət dəyişdi.
«Azərbaycan bayrağı dünyada rəsmən, demək olar ki, iki dəfə qaldırırlır. Bu bir Azərbaycan dövlət başçısı hər hənsı bir ölkəyə gələrkən və bir də ki, idmançılarımız beynəlxalq yarışlarda çempion adın qazanarkən olur. Azərbaycan Himni səslənir, dövlət bayrağı qaldırılır…», - deyən bu müdrik insan idmançılarımızın nüfuzlu beynəlxalq yarışlardan hər dəfə medallarla qayıdışına ürəkdən sevinir, fərəh hissi keçirirdi.

Ümumiyyətlə, XX əsrdə Azərbaycan idmanına göstərilən diqqət və qayğı, respublikanın demək olar ki, bütün idman qurğularının yenidən inşası, idmanın geniş vüsətlə inkişafı- Azərbaycanın dahi lideri Heydər Əliyevin
’’İdmana xüsusi qayğını öz üzərimə götürürəm və əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz’’- söyləyən ümumilli lider axıra kimi idmançılarımızın qayğısına qaldı. Belə ki, bir nəfər idmançı və idman xadimləri deyə bilməz ki, Heydər Əliyev mənə qayğı göstərməyib, Təgcə Sidney olimpiya oyunlarından sonra – 18 idmançı və məşqçi ’’Şöhrət’’ ordeni, 42 idmançı və məşqçi-myəllim ’’Tərəqqi’’ medalı, 5 Olimpiya çempionu üçün xüsusi təqaüd, 15 fərdi təqaüdlər, maaşların artırılması və digər imtiyazlar verilmişdir.
1997-ci il Milli Olimpiya Komitəsinin fəaliyyətində əsas dönüş ili kimi tarixə düşüb. Məhz İlham Əliyev MOK-un prezidenti seçildikdən sonra bu qurum müstəqil Azərbaycan idmanının böyük uğurlara yol açan lokomotivinə çevrildi. Milli Olimpiya Komitəsinin fəaliyyətinə ən böyük qiyməti Beynəlxalq Olimpiya Komitəsinin prezidenti cənab Jak Roqq verərək demişdir: «Azərbaycan Milli Olimpiya Komitəsi başqa Olimpiya Komitələri üçün örnək olmalıdır. Azərbaycanın Milli Olimpiya Komitəsindən nümunə götürməlisiniz. O, bunu dünyanın digər milli Olimpiya komitələrinə müraciətlə demişdir.» 1997-ci ildən Azərbaycan idmanında əldə edilən nailiyyətlərin qazanılmasında İlham Əliyevin xidmətləri böyükdür. Təkcə bir faktı demək kifayətdir ki, 1997-2002-ci illərdə Azərbaycan idmançılarının qazandıqları medalların sayı 975-ə çatmışdır. Hansı onlardan 342-i qızıl, 263-ü gümüş, 370-I isə bürünc idi.

Ümumiyyətlə, dünya miqyasında idmançılarımız silinməz iz qoyub. XX əsrdə Olimpiya tarixində idmançılarımız 35 medal qazanmışdır. Bunlardan 14-ü qızıl, 12 gümüş, 9-u isə bürüncdür Xalqımızın ümummilli lideri Heydər Əliyevin bilavasitə rəhbərliyi altında respublika həyatının bədən tərbiyəsi və idman sahəsində çox böyük işlər görülmüş, yüksək idman naliyyətləri qazanılmışdır.
Heydər Əliyev xalqını sevən, olduqca sadə bir insan idi. Mənim üçün o həmişə etalon olub. Yalnız siyasi fəaliyyət etalonu yox, şəxsi davranış etalonu olubdur. Belə ki, mən dəfələrlə Heydər Əliyevlə görüşüb, ona kitablar təqdim etmişəm. Heydər Əliyevlə sonuncu görüşüm xatirimdə belə qalıb: 29 dekabr 2001-ci ildə Maştağa qəsəbəsində Olimpiya İdman Kompleksinin açılışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə «Azərbaycanda bədən tərbiyəsi və idmana dövlət qayğısı» kitabımı təqdim etmişəm. Xalqımızın ümummilli lideri Heydər Əliyev mənə minnətdarlığını bildirdi və dedi ki, gözəl kitabdır, bu işi davam etdir. Həmin görüşdən sonra, Heydər Əliyev mənə elm sahədə inam yaratdı.
Xalqımızın ümummilli lideri Heydər Əliyev kimi böyük şəxsiyyətin fəaliyyətinin araşdırılması üçün illər, bəlkə də onilliklər tələb olunur, amma bir danılmaz həqiqət var ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı üçün tarixin bəxş etdiyi misilsiz bir şəxsiyyət idi və hamı onun nə dərəcədə qiymətli olduğunu çox gözəl bilirdi. Böyük şərəf duyuram ki, bu illər ərzində ilk dəfə olaraq "Azərbaycan Respublikasında müstəqillik dövründə bədən tərbiyəsi və idmanın inkişaf istiqamətləri (1991-2015-ci illər)” mövzusunda pedaqogika üzrə elmlər doktoru dissertasiyasını müdafiə etmək mənə nəsi olub (7 noyabr 2017-ci il, Bakı ş.).
Bütün hallarda ümummillli liderimiz Heydər Əliyev təkcə siyasətçi kimi deyil, həm də qorxmaz, igid adam kimi hərəkət etmişdir. Bununla da gənc nəslə həmişə nümunə olmuşdur. Türk dünyasının dahi öndərliyi işinin davamçısı dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat fəaliyyəti xalqımız üçün çox zəngin tərbiyə məktəbidir. Bu məktəbdən hər zaman öyrənmək hər bir gəncin müqəddəs vəzifəsidir. Heydər Əliyev hər birimiz üçün ölməz insandır. O, öz əməlləri, yaratdıqları, qoyub getdikləri ilə hər birimizin qəlbində yaşayacaq. Hər birimizin borcudur ki, Heydər Əliyevin bizə miras qoyduğu müstəqil respublikamızın dövlətçilik ənənələrini gözbəbəyi kimi qoruyaq.
Biz buna Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının dövlət başçlsı İlham Əliyevin ətrafında sıx birləşməklə nail ola bilərik.
Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyev idmançıların qəlbində həmişə əzəli və əbədi lider kimi yaşayacaqdır.

Dilqəm Quliyev,
pedaqogika üzrə elmlər doktoru, professor




Bu yazı

4833 dəfə oxunub

Tarix

2018-12-11 11:17:23

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook