Ulu öndərin əziz xatirəsi İdman Akademiyasında da yad edildi



Dekabrın 12-si xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günüdür. Öz fəaliyyəti ilə tariximizin ən şərəfli səhifələrini yazan, müasir müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyev azərbaycanlı olmasından böyük qürur duyduğu kimi, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar da ulu öndər ilə fəxr edir, qürur duyurlar. Xalqımızın və dövlətimizin tarixində özünə əbədiyyət abidəsi ucaltmış, ölkəmiz, xalqımız üçün tarixi əhəmiyyətli işlər görmüş ümummilli lider Heydər Əliyevin fəaliyyətinin hər səhifəsi, hər mərhələsi Azərbaycan tarixinin yüksəliş mərhələləri ilə üst-üstə düşür. Bu ömrün hər günü xalqa, dövlətə xidmətin müqayisəedilməz örnəyi olub. Azərbaycan xalqının yaddaşında milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalan görkəmli dövlət xadimi Heydər Əliyev tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran nadir şəxsiyyətlərdən idi. Müdrik rəhbər Heydər Əliyev xalqımızın milli iftixarı, ürəklərdə özünə əbədi yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz böyük azərbaycanlı idi.





Dekabrın 11-də Azərbaycan Dövət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ulu öndər, müstəqil və müasir Azərbaycan Respublikasının banisi Heydər Əliyevin anım günü ilə əlaqədar mərasim keçirildi. Anım mərasimindən öncə akademiyanın foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyuldu və dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edildi. Sonra ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Mədət Quliyev, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müaviniləri, millət vəkilləri, Olimpiya, dünya və Avropa çempionları, akademiyanın professor-müəllim heyəti və tələbələr iştirak edirdilər. Tədbirdə ulu öndər Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş olundu.
Sonda Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbinin tələbələri ümummilli liderin sevdiyi mahnıları ifa ediblər.

Dilqəm Quliyev



Bu yazı

5060 dəfə oxunub

Tarix

2018-12-12 10:00:57

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook