Marafon iştirakçıları cəzalandırıldı - VIDEO



Çinin Şençjen şəhərində keçirilən yarımarafonun təşkilatçıları 258 iştirakçını diskvalifikasiya ediblər. Buna səbəb onların təşkilatçılara kələk gəlmələri olub.
Belə ki, 18 iştirakçı saxta nömrə ilə yarışa qatılıb. 3 nəfər isə başqa adamın adı ilə qeydiyyata düşüb. Həmin 18 nəfər ömürlük diskvalifikasiyaya məruz qalıb. 235 nəfər isə yolları ayıran ağaclıqdan keçərək məsafəni azaltmağa çalışıblar. Onların saxtakarlığı müşahidə kameralarına düşüb.
Marafonda iştirakçılarından 2 nəfəri 21 kilometrlik məsafənin 1 kilometrini "qısaltmağa” çalışıb.


Bu yazı

20564 dəfə oxunub

Tarix

2018-12-18 10:28:56

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev