“Sürətin dəyişməyən formulası” üçün 2018-ci il nə ilə yadda qalacaq




İl başa çatır. Bütün idman növlərində olduğu kimi Formula-1 dünyasında da yola saldığımız il bir sıra maraqlı məqamlarla yaddaq qalıb. Öz səhifələrində bu yarışa vaxtaşarı yer ayıran "Olimpiya dünyası” maraqlı hadisələri və qeydə alınan rekordları oxucularına təqdim edir.
Qeyd edək ki, 2018-ci ilin Formula-1 mövsümü 245 gün - martın 25-dən dekabrın 1-dək davam edib. Pilotlar 1624 dairə və 6392 kilometrlik ümumi məsafəsi olan 21 Qran-Pri mərhələsində mübarizə aparıblar.
Bütün Qran-Prilərdə davamlı olaraq 20 yürüşçü iştirak edib. Formula-1 yarışları tarixində ilk dəfə olaraq mövsümün gedişində start xəttinə çıxan bütün pilotlar xallar qazanıblar.
Cümə məşqlərində sükan arxasında altı yürüşçü olub. Lando Norris "McLaren”in tərkibində Belçika, İtaliya, Rusiya Yaponiya, ABŞ, Meksika və Braziliyada keçirilən cümə məşqlərində iştirak edib. "Sauber”in pilotu Antonio Covinaççi isə bu cür altı məşqə qatılıb. Şon Qelael "Toro Rosso”nun sükanı arxasında ABŞ-da keçirilən sərbəst yürüşlərin ilk sessiyasını başa vurub. Kanadalı Nikolas Latifi də "Force İndia”nın tərkibində beş cümə məşqində iştirak edib. Digər pilot - Robert Kubitsa "Williams”ın bolidində üç analoji yürüşə qoşulub.
Bu yürüşlərdə pilotlar 22 246 dairə və 112 031 kilometr məsafə qət ediblər. Sərbəst yürüşlər və təsnifat yarışlarında isə onlar 293 356 kilometr yol gediblər.
Yürüş məsafəsi üzrə Valtteri Bottas rekordçu olub: "Mersedes” pilotu mövsüm ərzində 3158 dairə və 16 019 kilometr məsafə qət edib. Ən aşağı göstərici isə Fernando Alonsoya aiddir (2 559 dairə və 12 961 kilometr).
Yürüşlərdə ilk altılığa Lyuis Hemilton, Sebastyan Fettel, Maks Ferstappen, Daniel Rikkardo, Kimi Raykkonen və Valteri Bottas daxildirlər. Ən çox qələbə (11) britaniyalı Hemiltonun hesabındadır. Sebastyan Fettel - 5, Daniel Rikkardo - 2, Maks Ferstappen - 2, Kimi Raykkonen isə 1 yürüsün qalibi olublar. Ən tez qələbə də Luis Hamiltona məxsusdur: O, Montsda saatda 239,288 km sürətlə məsafəni 1:15:54 dəqiqəyə başa vurub.
Yeddi yürüşçüyə podiuma qalxmaq nəsib olub. Belə ki, Luis Hamilton 17 dəfə, Kimi Raykkonen və Sebastyan Fettel 12 dəfə, Maks Ferstappen 11 dəfə, Valteri Bottas 8 dəfə, Daniel Rikkardo 2 dəfə və Serxio Peres 1 dəfə fəxri kürsünün ən yüksək pilləsinə yüksələ biliblər.
Yeddi pilot dairəni ən tez başa vurub - Valteri Bottas (7), Daniel Rikkardo (4), Lyuis Hemilton (3), Sebastyan Fettel (3), Maks Ferstappen (2), Kimi Raykkonen və Kevin Maqnussen (1).
2018-ci ildə komandalar 516 pit-stop keçiriblər. Onların ən çoxu Almaniyada (40), ən azı isə Belçikada (19) olub.
Təkcə bir idmançı - Şarl Lekler cərimə balı almayıb. Ən çox cərimələnən pilotlar isə Roman Qrojan və Maks Ferstappen (hərəyə 7 xal) olublar.


Formula-1 tarixində
maksimum nəticə

Luis Hamilton titulların sayına görə (5 titul) Xuan-Manuel Fanxioya çata bilib. Formula-1 tarixində ən çox titul isə (7) Mixael Şumaxerə məxsusdur. Poulların sayına görə Hamilton öz rekordunu (83) təzələməyə davam edir. Bu göstəriciyə görə hazırda yürüşlərdə iştirak edən pilotlardan yalnız Sebastyan Fettel ona yaxındır (55). Podiumların sayına görə Lyuis Şumaxerlə (155) arada olan fərqi qısalda bilib. Britaniyalı pilot hazırda 134 dəfə podiuma qalxıb.
Əbu-Dabi Qran-Prisində qalib gələn Hamilton mövsümün 11-ci qələbəsini qazanıb və 2014-cü ildə göstərdiyi nəticəni təkrar edib. Bir mövsüm ərzində ən yaxşı göstəricilər isə Mixael Şumaxerə və Sebastyan Fettelə (hərəyə 13 qələbə) məxsusdur. Hamilton karyerası boyu 3 min xaldan yüksək nəticə əldə edən ilk yürüşçüdür. Hazırda onun 3 018, ən yaxın rəqibi Fettelin isə 2 745 xalı var.



Formula-1 üzrə dünya çempionatının 
2019-cu il mövsümünün tam təqvimi:
15-17 mart - Qran-Pri Avstraliya
29-31 mart - Qran-Pri Bəhreyn
12-14 aprel - Qran-Pri Çin
26-28 aprel - Qran-Pri Azərbaycan
10-12 may - Qran-Pri İspaniya
24-26 may - Qran-Pri Monako
7-9 iyun - Qran-Pri Kanada
21-23 iyun - Qran-Pri Fransa
28-30 iyun - Qran-Pri Avstriya
12-14 iyul - Qran-Pri Böyük Britaniya
26-28 iyul - Qran-Pri Almaniya
2-4 avqust - Qran-Pri Macarıstan
30 avqust - 1 sentyabr - Qran-Pri Belçika
6-8 sentyabr - Qran-Pri İtaliya
20-22 sentyabr - Qran-Pri Sinqapur
27-29 sentyabr - Qran-Pri Rusiya
11-13 oktyabr - Qran-Pri Yaponiya
25-27 oktyabr - Qran-Pri Meksika
1-3 noyabr - Qran-Pri ABŞ
15-17 noyabr - Qran-Pri Braziliya
29 noyabr -1 dekabr - Qran-Pri
Əbu-Dabi.


Hamilton Əbu-Dabi Qran-Prisində mövsüm ərzində 17-ci dəfə podiuma qalxıb ki, bu da Formula-1 tarixində (müxtəlif sayda mərhələ olmaqla) maksimum nəticədir. Mütləq rekord isə daha az mərhələ üzrə 17 titul nəticə ilə Mixael Şumaxerə (2002-ci il) məxsusdur.
Əbu-Dabi yürüşü hibrid turbomotorlara keçəndən sonra 100-cü yürüş olub. Bu yürüşlərin 74-də "Mersedes”in pilotları qalib gəlib.
Sebastyan Fettel mövsüm ərzində "Ferrari” pilotlarının hamısından çox xal toplayıb: 21-ci qələbə olacağı təqdirdə 525 xaldan 320 xal, yaxud maksimum göstəricinin 60,9 faizi.
Maks Ferstappen podiumların sayında Rene Arnu ilə bərabər nəticə göstərib: karyera ərzində 22.
Luis Hamilton liderlik etdiyi dövrələrin sayına görə Mixail Şumaxerin göstəricisinə yaxınlaşmaqdadır.
Fernando Alonso karyerası ərzində keçirdiyi Qran-Pri yarışlarının sayına görə ikinci yeri tutub.


Sabit rəqabət apara
bilməyən əbədi rəqiblər
2018-ci ildə "Mercedes” qazandığı xalların sayına görə "Red Bull”u qabaqlayaraq, Formula-1 tarixi ərzində 3-cü yeri tutub.
"Ferrari” komandası Formula-1 tarixi ərzində 750-dən çox podiuma çıxıb. "Ferrari” komandası 950-dən, "Renault” 350-dən, "Red Bull” 250-dən çox Qran-Pri yarışında iştirak edib. Niko Hülkenberq 156 startı finişsiz başa çatdırmaqla öz antirekordunu yeniləyib.
"Red Bull Racing” "Renault”un motorları ilə "Mersedes” və "Ferrari” ilə sabit rəqabət apara bilməyib. Buna baxmayaraq, dörd qələbə qazanıb. Bu da hibrid turboerasının digər illəri ilə müqayisədə daha çoxdur.
"Red Bull Racing” mövsümə yaxşı formada başlamaq üçün əvvəllər qışda aerodinamik boruda maksimum uzun müddət işləməyə çalışıb. Bununla belə, rəqibləri çox vaxt daha yaxşı formada olublar. Komanda məsələyə yanaşmanı dəyişib. Yeni maşını bir il əvvəl ilə müqayisədə 2,5 həftə tez hazırlayıblar. RB14 fevralın 19-da sınaqdan keçirilib. Maşın qış testlərinin öhdəsindən müvəffəqiyyətlə gəlib.
"Red Bull”un heyəti dəyişməyib. Komanda mühəndis və pilot kollektivinin sabitliyini mühüm üstünlüklərindən biri sayır. Mövsümün əvvəlində baş mühəndis Pyer Vaşe texniki direktor vəzifəsinə təyin edilib. Amma o da komandanın öz mütəxəssisi olub. Uzun illər Edrian Nyuinin rəhbərliyi altında işləyib.
"Renault”un güc qurğusunun zəifliyi və yetərincə etibarlı olmaması ilə bağlı problemlər olduğu kimi qalıb. Fransız motorçuları mövsümlərarası müddət ərzində bir addım irəli gediblər, lakin bir-biri ilə rəqabət aparan "Mersedes” və "Ferrari”nin mühəndisləri ciddi irəliləyişə nail olublar. Odur ki, "Renault”un motorları yenə də üçüncü yerlə kifayətlənməli olub.
Mövsümün əvvəlində komanda liderlərlə bərabər səviyyəli mübarizəyə ümid bəsləyib, lakin həlledici məqamda rəqiblər daha güclü olublar. Yalnız motorun gücünün həlledici əhəmiyyət daşımadığı asta traslarda nisbi bərabərlikdən danışmaz olardı. Lakin "Red Bull Racing”də şassi həmişəki kimi çox effektiv olub.
Melburnda pilotlar iki maşınla xal qazanıblar, Bəhreyndə hər ikisi trasdan çıxıb. Çində Rikkardo qələbə qazanıb, Ferstappen isə finişə beşinci gəlib. Bu yürüş mövsümün gedişində ən məhsuldar yürüş olub, Bakıda keçirilən növbəti mərhələdə isə bir-biri ilə toqquşaraq trasdan çıxıblar.
"Ferrari” pilotları qış testlərində protokola daha çox başçılıq ediblər. Sebastyan Fettel hətta Barselonada tras rekordunu təzələyib. "Ferrari SF71-H” böyük məsafə qət edib. Sürətli və etibarlı maşın yaradılıb.
2018-ci il "Renault” komandasını üç ən yaxşı komanda sırasına qatmaq üzrə beşillik planın üçüncü ili olub. Şassi konstruktorları və motorçular maşını işləyib hazırlayan zaman onun etibarlı olmasına xüsusi diqqət yetiriblər. Onlar mövsümün yekunlarına görə dördüncü və ya beşinci yerə ümid bəsləyirlər.
Yeni "R.S.18” qış testlərində orta qrup komandalarının maşınları arasında ən yaxşısı olub. Birinci yürüş ümidləri doğruldub. Niko Hülkenberq və Karlos Sayns finişə müvafiq olaraq yeddinci və onuncu gələrək xal qazanıblar. Komanda mövsüm ərzində ən çox yeddi-on arasında nəticə nümayiş etdirib.


"The Guardian” nəşri:
"Azərbaycan Qran-Prisini 2018-ci il
Formula-1-in ən yaxşı yarışıdır”
"The Guardian” yazır: "Bakı yürüşü 2017-ci ildə də ən yaxşı yürüş hesab edilmişdi.
Bakı küçələrində yenə də hər şey vardı. Cəlbedici yürüş və böyük həyəcan "Red Bull” komandasının pilotları Daniel Rikkardo və Maks Ferstappen, necə deyərlər, "dabanbasdı” gedirdilər. Nəticədə hollandiyalının dəlisov manevri ucbatından onlar bir-birini yürüşdən kənarlaşdırdılar.

Valtteri Bottasın maşını təhlükəsizlik avtomobili trasına çıxandan sonra Bottas liderliyi ələ keçirdi, Sebastyan Fettel isə ehtiyatlı olmağı unutdu və yürüş yenidən davam edəndə Bottası ötüb keçməyə cəhd göstərdi. Lakin elə ilk döngədə Fettel səhvə yol verdi və mövqeyini itirdi. Bu, zəruri olmayan bir neçə səhvin biri idi. Nəticədə Fettel onun üçün demək olar ki, təmin olunmuş ikinci yer əvəzinə dördüncü yerlə kifayətlənməli oldu. Sonuncudan əvvəlki dövrədə Bottasın avtomobilinin şini partladı, qələbə sevinci isə Luis Hamiltona qismət oldu. Beləliklə, Hamilton öz karyerası ərzində 5-ci dəfə çempion oldu.

Hamilton ilin ən yaxşı yürüşçüsü hesab edilib. Qalib pilotun daxil olduğu "Mersedes” ilin ən yaxşı komandası, Daniel Rikkardonun Şanxaydakı manevri ilin ən yaxşı ötmə əməliyyatı hesab edilib.
Ekspertləri ən çox heyrətləndirən Formula-1 yarışlarının yeni iştirakçısı Şarl Lekler olub. Lekler "Zauber Ferrari” komandasında özünün daha təcrübəli yoldaşı Markus Erikssonu üstələdi. O, qətiyyətli hərəkət edərək, öz ustalığını sübut etdi. Bakıda 6-cı yeri tutdu. Bu, Lekler üçün əsl zəfər idi. Lakin Braziliyada keçirilən təsnifat yarışlarında Şarl öz istedadını daha yaxşı nümayiş etdirdi. Deyə bilərik ki, indi "Ferrari”nin sərəncamında nadir istedad sahibi olan bir yürüşçü var.
Ən böyük səhvə yol verən Fettel və "Ferrari” olub. Yaxşılığa doğru dəyişiklik nominasiyasında Maks Ferstappen fərqlənib. O, mövsüm ərzində ustalığını təkmilləşdirərək yekunda 4-cü yeri tutub. İki dəfə dünya çempionu olmuş Fernando Alonsonun Formula-1 yarışlarını tərk etməsi "ilin vida mərasimi” adlandırılıb”.


"Kral yürüşləri” fanatlarının seçiminə əsasən
Azərbaycan Qran-Prisi ikinci yerdədir
Ötən mövsümün ən yaxşı Formula-1 yürüşünün təyin edilməsi üçün səsvermədə 16 mindən çox adam iştirak edib.
"Kral yürüşləri”nin fanatları ABŞ Qran-Prisinin xeyrinə seçim ediblər. İkinci yeri Azərbaycan Qran-Prisi, üçüncü yeri Böyük Britaniya Qran-Prisi tutub.
Səsvermənin nəticələri belədir:
1) ABŞ Qran-Prisi - 30 faiz,
2) Azərbaycan Qran-Prisi - 13 faiz,
3) Böyük Britaniya Qran-Prisi - 9 faiz,
4) Almaniya Qran-Prisi - 8 faiz,
5) Avstriya Qran-Prisi - 6 faiz.
Xatırladaq ki, Azərbaycan Qran-Prisi aprelin 27-dən 29-dək Bakıda keçirilib. Bu mərhələdə "Mersedes” komandasının pilotu Luis Hamilton qalib gəlib. Finiş xəttinə ikinci çatan "Ferrari” komandasının yürüşçüsü Kimi Raykkonen olub, üçüncü yeri isə”Fors İndia” komandasının təmsilçisi Serxio Peres tutub.


FİA gələn il keçiriləcək Formula-1 üzrə
dünya çempionatının təqvimini təsdiqləyib
Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2019-cu ildə keçiriləcək Formula-1 üzrə dünya çempionatının təqvimini açıqlayıb.
Rəsmi təsdiqlənmiş cədvəldə 21 mərhələ yer alıb.
Mövsümə Avstraliya Qran-Prisi ilə start veriləcək. Yürüş gələn il martın 17-də Melburn avtodromunda keçiriləcək. Çempionatın sonuncu mərhələsi dekabrın 1-də Əbu-Dabidəki "Yas-Marina” avtodromunda baş tutacaq. Azərbaycan Qran-Prisi isə aprelin 26-28-də keçiriləcək.
Yarışlarda yay fasiləsi avqustun 4-dən sentyabrın 1-dək davam edəcək.



Bu yazı

17767 dəfə oxunub

Tarix

2018-12-25 14:01:24

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev