31 DEKABR - DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ KİMİ QEYD EDİLMƏSİ HAQQINDA QƏRAR HEYDƏR ƏLİYEVİN TƏŞƏBBÜSÜ İLƏ NAXÇIVANDA VERİLDİ

«Dünya azərbaycanlılarının mütəşəkkilliyinin möhkəmlənməsi, soydaşlarımızın milli birlik və həmrəyliyinin, sözün həqiqi mənasında, təmin edilməsi ümummilli liderimiz Heydər Əliyevin ən böyük arzularından biri idi».

İLHAM ƏLİYEV





Çox fərəhli haldır ki, Azərbaycan xalqı 27-ci dəfə Dünya Azərbaycanlılarının Həmrəylik gününü böyük qürur hissi ilə qeyd edir. XX əsrin 60-cı illərin sonu, 70-ci illərin əvvəllərindən başlayan milli dirçəliş, iqtisadiyyat, mədəniyyət, elm, təhsilin, idmanın inkişafı, mənəvi mühitin sağlamlaşdırılması bütövlükdə Milli özünüdərkə təkan verdi. 1970-1980-cı illərdə Heydər Əliyev böyük qətiyyət və cəsarətlə xalqın tarixi yaddaşının qorunmasına, mədəniyyətinin tərəqqisinə, Azərbaycanın bütün dünyada tanınmasına çalışırdı. Həmin dövrün mövcud siyasi reallıqları diaspora problemi ilə Milli ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verməsə də mədəniyyət, incəsənət, idman, elm sahəsində ciddi iş aparıllır, Azərbaycanın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının vətənə əlaqəsinə xidmət edəcək hər bir imkandan istifadə edilirdi. Məlum həqiqətdir ki, 1988-ci ilin 17 noyabrında tələbələrin təşəbbüsü ilə başlanan mitinq tezliklə qüdrətli xalq hərəkatına çevrildi. Ana torpağımıza uzanan xain əllər geri çəkilmək bilmir, bəd əməllərin və məkrlə yoğrulmuş çirkin niyyətlərin, yersiz iradların və amansız ittihamların ardı-arası kəsilmirdi.
1988-ci ilin əvvəllərində Ermənistanda yaşayan azərbaycanlılara sözün əsl mənasında divan tuturdu. Qışın oğlan çağında ayaqlayın, başıaçıq meşələrə, dağlara qovulan, qar uçurumları altında qalan körpələrimizin, qız-gəlinlərimizin ah-naləsi eşidilməz oldu.
Ermənistanda zəlzələ xəbəri hələ mərkəzə çatmamış biz mülki-müdafiə dəstələri yaradıb adını da qoyduq «könüllülər dəstəsi». Zəlzələdən bircə gün əvvəl həmin rayonlarda yaşayan azərbaycanlıları diri-diri yandıran ermənilərə belə alüdə olduq ki, «köməyə tələsənləri» təyyarəyə mindirib yola salanda onların siyahısını tutmağı da unutduq.
Xalqımızı aldatdılar, qanına qəltan elədilər. Əvvəlcədən düşünülmüş ssenari üzrə igid cavanlarımıza, ana-bacılarımıza, hətta körpələrimizə də qıydılar.
Televiziya qurğuları dağıdıldı, radionun səsi kəsildi. Şəhərin «əməliyyat» aparılacaq massivlərində elektrik xətlərini iflic etdilər ki, xəbərdarlıq etmədən əliyalın, dinc əhaliyə divan tutsunlar, bəd əməllərini görən olmasın deyə, istədiklərini edə bilsinlər. Ayrı-ayrı adamların məsuliyyətsiz çıxışlarını öz suverenliyi, azadlığı uğrunda ayağa qalxan adı ilə bağlayıb «başqa çıxış yolu yox idi» deyərək qırğın törədənlər üçün əslində ən əlverişli fürsət ələ düşmüşdü.
Mərkəzdəki Azərbaycana düşmən qrupların və daxildəki satqınların səyi nəticəsində azərbaycanlıların Qarabağdakı dədə-baba torpaqlarından köçürülməsi həyata keçirildi, xalq hərəkatı içərisində təfriqə salındı. Nəticədə Azərbaycan öz tarixi ərazisi olan Qarabağı tamamilə əldən verdi. Bunun ardınca tarixi cinayyət-90-cı ilin Qanlı Yanvar qırğını baş verdi. Rus ordusunun Qorbaçovun başçılığı ilə Bakıda törətdiyi dəhşətli hadisəni bütün dünyaya bəyan etmək üçün Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlir. Xarici jurnalistlərin qarşısında Heydər Əliyev SSRİ-i tarixində ilk dəfə olaraq o dövrki Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Mixail Qorbaçovu Azərbaycan xalqının qətlində ittiham edir. Bu çıxışdan sonra isə Heydər Əliyev xalqının ağır və faciəli günlərində vətənə dönməyi qərarlaşdırır. Dağılmaqda olan imperiya Heydər Əliyevin şəxsiyyətinə və bu dahi insanın siyasi baxışlarına yaxşı bələd olduğu üçün onun öz doğma vətəninə dönməsinə böyük maneələr törətməyə başlayır. Amma dahi siyasətçi Heydər Əliyev bütün bu maneələri dəf edərək Bakıya dönməyə müvəffəq olur. Bu dövrdə öz çirkin əməllərini həyata keçirmək istəyənlər Heydər Əliyevin Bakıda siyasi fəaliyyətinə maneələr yaradır və onun ölkənin tərk etməsini istəyirlər.
İyulun 22-də Heydər Əliyev doğma diyarı Naxçıvana gəlir. Həmin gün axşamüstü şəhərin Azadlıq meydanına toplaşan 80 min nəfərlik ümumxalq izdihamı onu hərarətlə bağrına basır. Beləliklə, ömrünün bundan sonrakı dövrünü xalqı ilə birgə keçirməyi arzulayan ulu öndər Naxçıvanda daimi məskan salır. 1990-cı ilin sentyabrında ümumxalq məhəbbətlə Azərbaycan SSR və Naxçıvan MSSR xalq deautatı seçilir. Elə həmin vaxtdan Heydər Əliyevin siyasi fəaliyyətə qaydışının birinci mərhəəsi başlayır.
Həmin il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası məhz Heydər Əliyevin sədirliyilə öz işinə başlayaraq xalqımız üçün taleyüklü, son dərəcə əhəmiyyətli qərarlar qəbul edir. Muxtar respublika əhalisi, həmçinin Azərbaycan xalqı tərəfindən böyük sevinc və alqışla qarşılanan bu qərarlar o zamankı respublika rəhbərliyini şoka salmış, SSRİ məkanında böyük əkssəda yaratmışdı.
Bu sensasiyalar qərarlara əsasən, Sovet İttifaqı tarixində ilk dəfə məhz Naxçıvanda Muxtar Respublikanın adından «sovet», «sosialist» sözləri çıxarıldı, MR Ali Soveti həmin gündən Ali Məclis adlandırıldı, ay-ulduzlu, üçrəngli bayrağımız 70 illik fasilədən sonra ilk dəfə yenidən parlament səviyyəsində qaldırılaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul edildi.

O zaman Naxçıvan Muxtar Respublikası ağır vəziyyətdə idi, blokada şəraitində yaşayırdı. Ermənistanla 300 kilometrlik sərhəd boyu erməni silahlı qüvvələri SSRİ müdafiə nazirinin birinci müavini, ordu generalı Varennikovun başçılıq etdiyi rus qoşunları ilə birlikdə Naxçıvana qarşı işğalçılıq müharibəsi aparırdılar. Respublika rəhbəriyi və mərkəzi hakimiyyət Naxçıvanın təhlükəsizliyinə laqeyidlik göstərir, daşnakların təcavüzünə qarşı tədbirlər görmürdülər. Naxçıvan əhalisi və ziyalıları yaranmış gərgin vəziyyətdən çıxmaq və yardım almaq məqsədilə 1989-cu ilin dekabr ayının 31-də «sərhəd hərəkatı»na başladılar. Əhali Arazın o tayında yaşayan qohum-əqrabası və soydaşları ilə görüşmək məqsədilə sərhəd dayaqlarının və məftil sərhədləri söküb dağıtdı. Mərkəzin törətdiyi ən sərt tədbirlərə baxmayaraq, naxçıvanlıların cəsarəti və dəmir iradəsi ilə 1989-cu ilin dekabr ayının 31-də bütün sərhədböyu tikilmiş məftil sərhədlər sökülüb darmadağın edilib, sərhədər açıldı, insanlar görüşdülər.
70 il «dəmir pərdələr» arxasında totalitar rejimdə yaşayan insanlar, nəhayət ki, bir-birinə qovuşdu, həsrətə son qoyuldu, yaxın qohumlar ünsiyyət yarada bildilər. Bu hadisə azərbaycanlıların milli tarixində ən böyük nailiyyət idi. Bu hadisələr zəminində dünya azərbaycanlıları ilə əlaqələrin genişləndirilməsi üçün Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respubliikasının Ali Məclisi 1991-ci ilin dekabr ayının 16-da hər il dekabr ayının 31-nin dünya azərbaycanlılarının həmrəylik günü kimi qeyd edilməsi haqqında qərar qəbul etdi və onun rəsmiləşdirilməsi haqqında Azərbaycan Respublikasının Ali Sovetinə qanunvericilik təşəbbüsü ilə müraciət etdi. Çox təəssüf ki, bu qərar Heydər Əliyevin təşəbbüsü ilə qəbul edildiyi üçün o vaxtkı rəhbərliyin xalqın taleyinə göstərdiyi biganəlik üzündən kağız üzərində qaldı. Xalqın yekdil təkidi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra onun xüsusi səyləri nəticəsində dünya azərbaycanlılarını yaxınlaşdırmaq istiqamətində yeni mərhələ başlandı.
1991-ci il sentyabrın 3-də isə Naxçıvanda Ali Məclisin növbəti sessiyası keçirilən gün binanın qarşısında toplaşan minlərlə insanın və deputatların böyük əksəriyyətinin təkidlə Heydər Əliyev MR Ali Məclisinin sədri seçildi. Həmin gündən siyasi fəaliyyətə qaydışın ikinci, böyük mərhələsi başlandı.
1991-1993-cü illər ərzində muxtar respublikada böyük işlər həyata keçirildi. İri təyyarələri qəbul edə bilməsi üçün Naxçıvan aeroportunun yeni uçuş enmə zolağı inşa edildi, İrana sadələşdirilmiş keçid təşkil olundu, Naxçıvan Türkiyə ilə birləşdirən «Ümid körpüsü» salındı, muxtar respublikanın müdafiəsini və təhlükəsizliyini təmin edən «Qars müqaviləsi» yeniləndi, Türkiyə və İrandan elektrik enerjisi, müxtəif ərzaq məhsulları alındı, ilk dəfə olaraq nizami ordu quruculuğu həyata keçirildi. Bu illər ərzində Naxçıvan düşmən əhatəsində mətinliklə dayandı, döyüşdü, yaşadı, inkişaf etdi.

Bütün bunlar isə o illərdə Naxçıvanı gözlənilən fəlakətlərdən, fasilələrdən qorumaq missiyasını yerinə yetirən böyük el oğlunun, qeyrətli vətəndaşın, müdrik rəhbərin Titanik fəaliyyəti, böyk səyləri və şəxsi nüfuzu hesabına əldə edilirdi. Özünün müdrik sədrini seçdikdən sonra MR Ali Məclisi muxtar respublikada, həmçinin Azərbaycanda və bütövlükdə ökədə yaranmış gərgin siyasi, ictimai-siyasi vəziyyəti geniş müzakirə edərək mühüm qərərlar qəbul etmişdir.
Bunlardan ən əhəmiyyətisi «Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında» qərar olmuşdur. Bu o zaman Sovetlər İttifaqı miqyasında ilk mili hərbi qurum idi. Bu təşkilat eyni zamanda o vaxt SSRİ-də ilk və yeganə olan milli ordunu formalaşdıran bir orqan idi. Çünki 1991-ci ilin sonunadək movcud imperiyasının heç bir respublikasında və ya regionunda Milli ordu yox idi.
MR Dövlət Müdafiə Komitəsinin yaradılması ilə məhz Naxçıvanda müstəqil Azərbaycan Respublikasının ilk mütəşəkkil hərbi hissələrinin təməli qoyuldu. Bu məqamda MR Ali Məclisinin daha bir tarixi əhəmiyyətli qərarını yada salmaq yerinə düşər. Həmin qərar Ali Məcisin sədri Heydər Əliyevin uzaqgörən siyasətinin və məqsədyönlü fəaliyyətinin parlaq nəticəsi idi. Şəxsən onun imzası ilə «Naxçıvan Muxtar Respublikasının müdafiəsinin təşkili ilə əlaqədar bəzi məsələlər haqqında» qərar qəbul edən MR Ali Məclisi Rəyasət Heyətinin 1992-ci il 25 iyul tarixli iclasında Heydər Əliyev böyük fəxrlə məlumat vermişdir ki, aparılan danışıqlar nəticəsində Rusiyanın Müdafiə Nazirliyi muxtar respublikada yerləşən 75-ci motoatıcı diviziyanın ləğv olunması və onun bütün hərbi və təsərrüfat əmlakının Azərbaycan Respublikasının sərəncamına verilməsi haqqında yazılı razılıq verilmişdir.
Həmin il avqustun 18-də keçmiş Sovet Ordusunun 75-ci motoatıcı diviziyası komandanlığının, zabit heyətinin və son hərbi dəstələrinin təntənəli yolasalınma mərasimində diviziyaya məxsus olan əmlakın, hərbi texnikanın, silah və sursatın Azərbaycan Milli Ordusunun Naxçıvandakı 5-ci əlahiddə motoatisti briqadasına təhvil verilməsi haqqında sənədlərin imzalanmasından sonra qərargahın həyətində ilk dəfə Azərbaycan dilində «fərəqət» komandası eşidildi. Böyük sevinc və qürurla Azərbaycan əsgərini salamlayan Heydər Əliyev həmin təntənənin qalib sərgərdəsi kimi çıxış etdi.

MR Ali Məcisi Rəyasət Heyətinin 1992-ci il sentyabrın iclasında hərb tariximizə daha bir töhfə verən mühüm əhəmiyyətli qərar qəbul olundu. Heydər Əliyevin imzaladığı «Naxçıvan Muxtar Respublikasının mühafizəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında» qərar əsasən, sentyabr ayının 29-da sonuncu rus sərhədçiləri Naxçıvan MR sərhədlərini tərk etdilər. Onların bütün hərbi və təsərrüft əmlakı Azərbaycan Respublikasının Naxçıvandakı 1-ci sərhəd dəstəsinə təhvil verildi, həmin gün bütün sərhəd məntəqələrində üçrəngli bayrağımızın qaldırılmasını naxçıvanlılar, həmçinin o taylı soydaşlarımız böyük sevinclə qarşıladılar.
1992-ci il oktyabrın 9-da Naxçıvan şəhərində keçirilən ilk Milli hərbi parada Ali Məclisin sədri Heydər Əliyevin nitqi bir il ərzində muxtar respublikada hərbi quruculuq sahəsində görülmüş işlər barəsində hesabat xarakteri daşıyırdı: «Biz indiyədək Naxçıvan torpağını cəsarətlə qorumuş bütün vətənpərvər oğullarımıza, bütün könüllü dəstələrə öz minnətdarlığımızı bildiririk, onların gördükəri işləri layiqincə qiymətləndiririk. Eyni zamanda onu da bəyan etmək istəyirik ki, artıq Naxçıvanda nizami Milli Azərbaycan Ordusunun hissələri mövcuddur. Bu hissələr lazımi gücə malikdir və Naxçıvan torpaqlarını müdafiə etməyə qadirdir. Eləcə də Naxçıvanın sərhədlərini mühafizə etmək üçün öz Milli Sərhəd Dəstəmiz vardır. Ona görə də bütün könüllü dəstələrə minnətdarlığımızı bildirməklə, onlara tövsiyə edirik ki, bundan sonra öz vətəndaşlıq vəzifələrilə məşğul olsunlar.
Biz tam əminik ki, bu keçid dövründə, Ermənistanla gedən müharibə şəraitində yaradılmış Milli Ordumuzun əsgər və zabitləri, bölmə və hissə komandirləri öz döyüş məharətlərini durmadan yüksəldəcək, müasir hərbi elmə inadla yiyələnəcək, torpaqlarımızın etibarlı surətdə müdafiə olunmasını yüksək səviyyədə təmin edəcəklər».
Bu dövrdə, 1991-1993-cü illər arası müstəqil Azərbaycan Respublikasında Milli Ordu quruculuğunu təmin edib torpaqlarımızı müdafiə etmək əvəzinə Bakıda «şəxsi kresloların» müdafiəsi uğrunda əsl savaş gedirdi.
Həmin dövrdə (1992) məlum olduğu kimi, Respublikada hərc-mərclik baş alıb gedirdi, torpaqlar işğal olunurdu, ölkə həyatında xaos idi, təsərrüfat, sənaye dağılmışdı. Ölkə demək olar ki, dağılmaq təhlükə ilə üz-üzə idi. Belə bir şəraitdə Azərbaycanın ziyalıları Naxçıvan Ali məclisinin sədri, dünya şöhrətli, geniş həyat təcrübəsinə malik olan Heydər Əliyevə müraciət etdilər; O bir siyasi partiya yaratsın və bu siyasi partiyanın rəhbərliyini öz üzərinə götürsün. 24 oktyabrda (1992) Heydər Əliyev ziyalıların, hansı ki, onlara «91-lər» deyirlər-çağırışına, müraciətinə öz müsbət cavabını verdi. 21 noyabrda Yeni Azərbaycan Partiyası blokada şəraitində olan Naxçıvan şəhərində öz təsis konfransına yığışdı və partiya yarandı (21.XI.1992).
Partiyanın ilk sənədlərində möhtərəm Heydər Əliyevin belə bir müdrik kəlamı həkk olunmuşdu: "Yeni, müstəqil, Azərbaycan uğrunda!” Bunun ardınca belə bir ifadə də işlətdi: "Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır”. Onu da qeyd etmək istərdim ki, Yeni Azərbaycan partiyası (YAP) tarixi zərurətdən yarandı. Ümummilli liderimiz Heydər Əliyevin başçılıq etdiyi YAP mojaritar və proporsional siyahıda əsas yerlər qazanmaqla xalq arasında nə qədər böyük nüfuza malik olmasını sübut etdi. Yeni qəbul edilmiş Konstitusiyada insan hüquqları ilə bağlı və demokratiyanın inkişafına stimul verən mühüm müddəalar öz əksini tapdı. Hakimiyyət bölgüsü prinsipi təsbit edildi. Ali qanunverici, ali icraedici və ali nəzarətedici hakimiyyət olmaqla demokratik idarəetmənin əsası olan üç hakimiyyət qolu yaradıldı. Bunun nəticəsidir ki, hazırda respublikamızda qırxdan çox siyası partya fəaliyyət göstərir. Cəmiyyətdə tutduğu mövqeyinə, siyasi nüfuzuna, yüksək intellektual səviyyəli kadr potensialına və nəhayət, Heydər Əliyev kimi dünya şöhrətli siyasi liderə malik olduğuna görə bu nəhəng partiya digər partiyalardan əsaslı surətdə fərqlənir.
Heydər Əliyevin yenidən böyük siyasətə qayıtması Azərbaycanı bir dövlət kimi tanıtmaq, xalqımızı kölə vəziyyətdə olan daxili və xarici qüvvələri təşvişə salmışdı. Onlar hər vasitə ilə ona qarşı çıxırdılar. Xalq isə aydın başa düşürdü ki, Heydər Əliyevə qarşı aparılan bədnam kompaniya əslində antiazərbaycan siyasətin tərkib hissəsidir.
O dövrki hakimiyyətin səriştəsizliyi üzündən Azərbaycan bir dövlət kimi dünya xəritəsindən silinmək üzrə idi. Daxildə baş qaldırmış qiyamlar ölkəni və xalqı məhvə sürükləyirdi. 1993-cü ilin məlum iyun hadisələri, Gəncədə qardaş qanının axıdılması vətəndaş müharibəsinin başlanğıcı idi. Bütün bunlar, şübhəsiz ki, 1988-ci ildən etibarən Azərbaycanda gedən məkrli siyasi oyunların məntiqi nəticəsi idi.
Azərbaycanı real parçalanma və məhv olma təhlükəsindən xilas edə biləcək yeganə bir şəxsiyyət Heydər Əliyev idi. Elə buna görə də Heydər Əliyev xalqın yekdil və qəti iradəsi ilə, demokratik və qanuni yolla yenidən ölkə rəhbərliyinə qayıtdı. Təsadüfi deyil ki, tale özü Azərbaycanı yenidən dirçəltmək, onun müstəqilliyini qorumaq kimi çətin və şərəfli bir vəzifəni məhz Heydər Əliyevə tapşırdı.
Ölkə rəhbərliyinə qaydışının ilk günlərindən Heydər Əliyev zəkası və gərgin əməyi itirilmiş torpaqlarımızı geri qaytarmaq, ərazi bütövlüyümüzü təmin edib xalqımız üçün əmin-amanlığa və firavanlığa nail olmaq qayəsinə xidmət etmişdir.
Bütün bunları əldə etmək üçün Azərbaycana qüdrətli Milli Ordu, bunun üçün də güclü iqtisadiyyat lazım idi. Güclü iqtisadiyyatı əldə etmək üçün isə döyüş əməliyyatlarının dayandırılmasına, xalqın dinc quruculuğa qayıtmasına ehtiyac var. Düşməni müharibənin dayandarılmasına məcbur etmək üçün isə güclü bir əks-hücum gərək idi. Belə bir hücumu yalnız vahid komandanlığa tabe olan, nizami ordu yerinə yetirə bilərdi.
İnamla demək lazımdır ki, yalnız 1993-cü ilin yayında (iyun ayının 9-da) xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra illərlə davam edən siyasi hakimiyyət böhranı, anarxiya və özbaşınalığa son qoyuldu. 1993-cü ilin oktyabrında xalqın iradəsilə Prezident seçilmiş Heydər Əliyev həmin il noyabrın 2-də milli televiziya ilə geniş çıxış edərək Ali Baş Komandan kimi əsgər və zabitləri vahid komandanlıq altında birləşdirməklə Milli Orduya layiq döyüşçülər olmağa, xalqı isə ordu quruculuğunda fəal olmağa, xalqa ordunun monolit birliyinə nail olmağa səslədi. Bu müdrik rəhbərliyin nəticəsində xalqın orduya, ordunun isə dövlətə inamı artdı. Azərbaycan əsgərinə diqqət və qayğı, hörmət və etiram bərqərar edildi. Hərbi təhsilə önəm verilərək qəbulun sayı xeyli artırıldı, maddi-texniki baza möhkəmləndirildi.
Dünya azərbaycanlılarını yaxınlaşdırmaq, onların birliyini və həmrəyliyini təmin etmək üçün ümummilli lider Heydər Əliyev dövlət səviyyəsində təsirli tədbirlərin görülməsini vacib vəzifə hesab edirdi. Bu vəzifəni reallaşdırmaq məqsədilə 21 may 2001-ci ildə Bakıda Dünya azərbaycanlılarının birinci qurultayının keçirilməsi haqqında fərman imzalayan ümummilli liderimiz Heydər Əliyev elə həmin ilin 9-10 noyabrında bu tədbirin həyata keçirilməsinə nail oldu. O yalnız rəmzi birlik gününü təyin etmədi, real birlik istiqamətində də addımlamağa başladı.
Qurultayda iştirak etmək üçün dünyanın hər yerindən ölkəmizə gələn həmvətənlərimiz arasında idmançılar və idman xadimləri də az deyildi.
Qurultayın gedişində fəaliyyət göstərən «Gənclik və idman» bölməsi öz işini MOK-un yeni inzibati binasında davam etdirdi. ABŞ, Almaniya, Danimarka, Latviya, Rusiya, Belarus, Ukrayna, Gürcüstan və eləcə də ölkəmizin tanınmış idman xadimləri bu tədbirdə iştirak edirdilər.
Toplantıda belə bir təklif irəli sürdülər ki, «Dünya Azərbaycanlılarının olimpiadası keçirilsin». Çox fərəhli haldır ki, bu qurultay respublikamızda ənənəvi olaraq hər il keçirilir.
Azərbaycan Prezidentinin 2002-ci il 5 iyul tarixli fərmanı ilə xarici ölkələrdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin yaradılması, həmin il dekabrın 27-də "Xaricdə Yaşayan Azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da gücləndirdi.
Heydər Əliyev böyük qürur və təəssübkeşliklə milli mənliyin prioritet məsələ olduğunu dövlət başçısı kimi bütün xalqa bəyan etdi: «Biz gərək Milli mənliyimizi həmişə yüksəkdə saxlayaq. Mənim üçün hər şeydən üstün mənim Milli mənliyimdir. Milli mənliyim həmişə məni bütün çətin vəziyyətlərdən çıxarıb. Milli mənliyimə görə, istədiyim yolla gedə bilmişəm, istədiyimə nail ola bilmişəm və xalqıma xidmət edə bilmişəm. Ona görə Milli mənliyimizi gərək itirməyək…»
Ümummilli liderimizin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İham Əliyevin müraciəti təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan milli həmrəylik ideyalarının bu gün də Azərbaycan dövləti üçün öz aktuallığını saxladığını nümayiş etdirir. 2003-cü il dekabrın 30-da Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni il münasibəti ilə böyük amnistiya aktını imzalayan İlham Əliyev yüzlərlə ailəyə sevinc bəxş etmiş, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş yüzlərlə soydaşımızı yeni ilin astanasına əfv edərək öz doğmalarına qovuşmasına zəmin yaratmışdı. Yeri gəlmişkən, Azərbaycan Prezidentinin sonradan müxtəlif bayram və əlamətdar günlər münasibəti ilə imzaladığı əfv və aministiya haqqında sənədlər artıq yüzlərlə deyil, minlərlə soydaşımıza şamil edilibdir.
Dövlət başçısının 8 fevral 2006-cı il tarixli sərəncamına uyğun olaraq həmin il martın 16-da Bakıda Dünya azərbaycanlılarının 2-ci qurultayı keçirildi. Bu mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım oldu. 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu isə bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrildi, Azərbaycan Prezidentinin türk dünyasının birliyinə verdiyi önəmin parlaq təzahürü kimi tarixə düşdü. Prezident İlham Əliyev 2008-ci il noyabrın 19-da xarici ölkələrdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzaladı. 2008-ci il dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndimə Şurasının toplantısında "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” qəbul edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin müraciətində deyilir: «Bu gün Azərbaycan diasporu böyük iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir. Yaşadıqları ölkələrin ictimai-siyasi həyatına onların təsiri getdikcə daha artıq hiss olunur. Məmnunluq hissi ilə qeyd edirəm ki, Müstəqil Dövlətlər Birliyi ölkələrində, Avropada, Amerikada Azərbaycan icmaları və cəmiyyətləri əvvəlki dövrlərə müqayisədə xeyli səmərəli fəaliyyət göstərirlər. Lakin o da xüsusi vurğulanmalıdır ki, onların geniş imkanları istifadə olunmamış potensialı vardır və bu potensialdan Milli maraqlar naminə maksimum yararlanmaq lazımdır.
Hazırda azərbaycanlıların həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında birləşməsi üçün daha geniş imkanlar yaranmışdır. Azərbaycan dövləti nüfuzlu iqtisadi və siyasi gücə çevrilmiş, bütün dünyada yaşayan soydaşlarımız qarşısında parlaq perspektivər açılmışdır. İndi biz dünya azərbaycanlılarının ümumbəşəri və mili-mədəni hüquqlarının, beynəlxalq konvensiyalarda təsbit eilmiş insan haqlarının qorunmasını təmin etmək üçün daha təsirli vasitələrə malikik. Azərbaycanın siyasi rəhbərliyi dünya azərbaycanlılarının Vətənimizə və xalqımıza mənsubluq hissini gücləndirmək, onların ölkəmizin iqtisadi, mədəni həyatında hərtərəfli iştirakını təmin etmək üçün bütün zəruri tədbirləri göstərəcəkdir».
Bütün bu nailiyyətlərin qazanılmasının özülünü ümummilli lider Heydər Əliyevin formalaşdırdığı siyasi kurs qoyub. Möhtərəm prezidentimiz İlham Əliyev ümummilli liderimizin müdrik siyasi kursunu layiqincə davam etdirərək, Azərbaycanın dünyanın yüksək inkişaf etmiş ölkələri sırasına çıxması naminə qeyri-adi fədəkarlıq nümunələri göstərir.








Bu yazı

12790 dəfə oxunub

Tarix

2018-12-25 16:59:02

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev