Transfer xəbərləri



Madrid "Real”ı qapıçı Keylor Navasla müqaviləni yeniləyib. Kosta-rikalı qapıçı 2021-ci ilin iyun ayına qədər klubun üzvü olacaq. O, ildə 5 milyon avro qazanacaq.

***
"Ştutqart”ın futbolçusu Benjamin Pavar "Barselona”nın hədəfinə düşüb. Fransa millisinin üzvü bu ilin yayına qədər İspaniya klubunun heyətinə cəlb olunacaq. Artıq Kataloniya klubunun nümayəndələri futbolçunun agenti ilə ilkin danışıq aparıblar.

***

"Atletiko”nun futbolçusu Felipe Luis yayda Madrid klubunu tərk edə bilər. Belə ki, 33 yaşlı müdafiəçi mövsümün sonu başa çatacaq müqavilənin müddətini daha 1 il uzatmaqla bağlı klubunun təklifini rədd edib. Qeyd edək ki, klubdakı transfer qaydalarına əsasən yaşı 30-dan yuxarı olan futbolçuların müqaviləsinin müddəti ancaq 1 il artırıla bilər.
***
Fransa millisinin sabiq üzvü Samir Nəsri "Vest Hem”lə razılığa gəlib. 31 yaşlı yarımmüdafiəçi ilə sonradan uzadıla bilməsi şərti ilə bu mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, S.Nəsrinin qanında dopinq aşkarlandığı üçün 18 ay müddətinə cəzalandırılmışdı. Onun cəza müddəti artıq başa çatıb.

***
"Tottenhem” belçikalı futbolçusu Tobi Alderveyreldlə müqaviləni yeniləyib.
Bu ilin yayında başa çatacaq müqaviləyə baxmayaraq, Belçika millisinin üzvü daha bir il London klubunun şərəfini qoruyacaq.

***
"Çelsi”nin hücumçusu Alvaro Morata "Sevilya”ya keçməyə razılıq verib. İngiltərədə işləri yolunda getməyən və ehtiyatda qalan forvard yenidən vətənində oynamaq niyyətindədir. Yaxın günlərdə Moratanın menecerinin "Çelsi” rəhbərliyi ilə görüşüb, mümkün transferi müzakirə edəcəyi gözlənilir.

***
"Tottenhem”in yarımmüdafiəçisi Kristian Eriksen karyerasını "Real”da davam etdirə bilər. 26 yaşlı danimarkalının London klubu ilə müqavilə müddətini uzatmaqdan imtina etməsi onun İspaniyaya köçmək ehtimalını gücləndirib. Ancaq ingilislərin yarımmüdafiəçini bu ilin yayından tez "Real”a buraxmayacağı bildirilir.

***
"Bavariya”da icarə əsasında çıxış edən "Real”ın futbolçusu Xames Rodriqes qış fasiləsində klubunu dəyişməyəcək. Kolumbiyalı futbolçu "Yuventus”dan təklif alsa da, Münhen təmsilçisində qalmağa qərar verib. Mövsümün ilk yarısında zədə səbəbindən cəmi 8 oyunda meydana çıxan 27 yaşlı yarımmüdafiəçi ən azı yaya qədər Bundesliqada çıxış etmək istəyir.


***
"Şalke”nin müdafiəçisi Naldo "Monako” klubu ilə müqavilə bağlayıb. 36 yaşlı futbolçu ilə 2020-ci ilin iyun ayına qədər razılıq əldə olunub. Bundan başqa knyazlıq təmsilçisi Cənubi Afrika Respublikasının "Orlando Payrets” klubunda çıxış edən Layl Fosteri, "Çelsi”dən isə Sesk Fabreqası heyətinə cəlb edib.


***
"Qalatasaray”ın futbolçusu Qarri Rodriqes karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
İstanbul təmsilçisi 28 yaşlı yarımmüdafiəçinin transferi üçün "Əl İttihad” klubu ilə razılığa gəlib.
Səudiyyə Ərəbistanı təmsilçisi Rodriqes üçün "Qalatasaray”a 10 milyon avro ödəyəcək.

***
"Trabzsonspor”un futbolçusu Burak Yılmazın "Beşiktaş”a keçidi rəsmiləşib. "Qara-qartallar” 33 yaşlı hücumçu ilə 2.5 illik müqavilə imzalayıb. "Beşiktaş” bu tranfser üçün qarşı tərəfə 1 milyon avro, Buraka isə illik 2.5 milyon avro ödəyəcək.

***
"Bavariya”nın futbolçusu Aryen Robben karyerasını "İnter”də davam etdirə bilər. 34 yaşlı yarımmüdafiəçinin agentlərinin Milan klubu ilə müqavilənin detallarının müzakirə etdiyi vurğulanıb. Onun klubu ilə müqaviləsinin müddəti iyunda başa çatır.


Bu yazı

2609 dəfə oxunub

Tarix

2019-01-08 16:24:59

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook