Karateçilərimiz Xorvatiyada qüvvələrini sınayacaqlar



Yanvarın 11-də Xorvatiyada karate üzrə 28-ci Qran-Pri yarışı start götürəcək. Kumite və kata üzrə Qran-Pridə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət milli komandası da iştirak edəcək.
Fərdi xarakterli turnirə yanvarın 13-də yekun vurulacaq.
Ənənəvi Qran-Pri turniri Xorvatiyada hər il keçirilir. Ötən il yığma komandamız nüfuzlu turnirdə 2 qızıl, 2 gümüş və 4 bürünc olmaqla 8 medal qazanıb.



Bu yazı

10751 dəfə oxunub

Tarix

2019-01-08 17:35:23

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev