Azərbaycan Basketbol Federasiyası bəyanat verib



Azərbaycan Basketbol Federasiyasının (ABF) yanvarın 14-də iclası keçirilib. İclasda kişilər arasında 26-cı ölkə çempionatında yaranmış vəziyyətlə bağlı məsələ də müzakirə edilib. ABF ölkə çempionatını boykot edərək qanuna zidd hərəkətlərə yol verənlərlə bağlı narahatlığını bildirib.
Qeyd olunub ki, Basketbol Federasiyası gənclərdən ibarət yığma komandanın Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalının hazırlığına başlıca önəm verir. Belə ki, Basketbol Federasiyasına qarşı təxribat xarakterli hərəkətlər bu qurumun normal fəaliyyətinə mane olur. Bununla əlaqədar, bütün məsuliyyət basketbol ictimayyəti adından danışmaq səlahiyətini mənimsəyən bəzi basketbol "xadimlərinin” üzərinə düşür.
İclasda bildirilib ki, bütün dünyada olduğu kimi, istənilən idman təşkilatı təsdiq edilmiş Nizamnaməyə əsasən fəaliyyət göstərir. Nizamnaməyə uyğun olaraq, federasiya rəhbərliyi hesabat-seçki konfransında bu qurum üzvlərinin səs verməsi yolu ilə seçilir.
Azərbaycan Basketbol Federasiyası basketbolçulara, bu idmanın inkişafında xidmətləri olan mütəxəssislərə müraciət edərək, ayrı-ayrı şəxslər tərəfindən ölkə çempionatının boykotuna sövq edən addımları qətiyyətlə pisləyir.



Bu yazı

21788 dəfə oxunub

Tarix

2019-01-15 15:49:00

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev