“McLaren” bolidi yeni mövsümdə də narıncı rəngdə olacaq




Formula-1 "McLaren” komandası MCL34 yeni bolidi üzərində işləri davam etdirir. Artıq maşın kraş-testlərdən keçib. Bolidin təqdimatı isə fevralın 14-də olacaq.
Bolidin dizaynında narıncı rəng qorunub saxlanılacaq. Komanda hazırkı mövsümün ərəfəsində bu rəngə qayıtmağı qərara alıb.
Xatırladaq ki, "McLaren” hər iki pilotu dəyişəcək. Ötən mövsümdə komandada çıxış etmiş Fernando Alonso və Stoffel Vandornun yerinə Karlos Sayns və Lando Norris trasa çıxacaqlar. Uokinqdən olan bu komanda Konstruktorlar Kubokunun keçən mövsümünü altıncı yerdə başa vurub. Belə ki, 62 xal toplayan "McLaren” beşinci yerin sahibi "Haas” komandasından 29 xal geridə qalıb.



Bu yazı

14605 dəfə oxunub

Tarix

2019-01-24 11:17:59

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev