II Avropa Oyunlarının dünyanın 100-dən çox ölkəsində translyasiyası ilə bağlı razılaşmalar əldə edilib

II Avropa Oyunlarına 120 ölkədə baxmaq olacaq



Təxminən 142 gündən II Avropa Oyunlarına start veriləcək. Oyunlar 120-dən çox ölkədə canlı yayımlanacaq.
Artıq yerli yayım şirkəti ISB Avropanın aparıcı yayım şirkətləri ilə Oyunların 106 ərazidə translyasiyasına dair razılaşmalar əldə edib. Televiziya translyasiyalarının auditoriyası Afrikadan Yeni Zelandiyaya qədər ərazi də daxil olmaqla bütün dünyada 500 milyondan çox tamaşaçını əhatə edəcək.
Xatırladaq ki, II Avropa Oyunları çərçivəsində idmanın 15 növü üzrə yarışlar keçiriləcək. 8 idman növü üzrə yarışlar 2020-ci ildə Tokioda (Yaponiya) keçiriləcək Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Minskdə multiidman forumunda badminton, boks, baydarka və kanoedə avarçəkmə və cüdo yarışları Avropa çempionatları statusuna malik olacaq. Yarışlar 12 idman obyektində, o cümlədən "Dinamo” milli olimpiya stadionu, "Minsk-arena”, "Çijovka-arena”, İdman sarayı kimi ən iri obyektlərdə keçiriləcək. Dünyanın 50 ölkəsini təmsil edən 4 mindən çox idmançı 199 mükafat dəsti uğrunda mübarizə aparacaq.
Xatırladaq ki, 2015-ci ildə Azərbaycanda keçirilmiş I Avropa Oyunlarında bizim yığmamız medalların sayına görə ikinci yeri tutub.



Bu yazı

46202 dəfə oxunub

Tarix

2019-01-30 14:14:06

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev