Canlı efirdə nümayiş olunacaq



Formula-1 avtomobil yürüşləri üzrə müstəqil televiziya kanalı 2019-cu il mövsümü ərəfəsində keçirilən bütün testləri canlı efirdə nümayiş etdirə biləcək. Bu barədə şirkətin mətbuat üçün açıqlamasında məlumat verilib.
Yayım vaxtı komandaların bolidlərinin testi barədə icmal şouları da göstəriləcək. Xatırladaq ki, testlər üzrə ilk qış sessiyası fevralın 21-dən 28-dək İspaniyanın Barselona şəhərində keçiriləcək. İkinci testlər də fevralın 26-dan martın 1-dək həmin məkanda təşkil olunacaq.
Formula-1 şirkəti vəd edir ki, ona məxsus olan televiziyada proqramların sayı artırılacaq, o cümlədən canlı efirə geniş yer ayrılacaq. Tezliklə bu platformada Formula-1 yarışlarının yeddiqat çempionu Mixael Şumaxerin idmanda keçdiyi yoldan bəhs edən tammetrajlı yeni sənədli film də nümayiş etdiriləcək.
2018-ci il mövsümünün əvvəlindən etibarən Formula-1 televiziyasına 59 ölkədə abunə olmaq mümkün idi. 2019-cu il fevralın 18-dən isə bu siyahıya daha səkkiz ölkə - Kipr, Danimarka, Yunanıstan, Malta, Hollandiya, Norveç, Portuqaliya və İsveç də əlavə olunacaq.


Bu yazı

11797 dəfə oxunub

Tarix

2019-01-31 11:27:43

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev