Üçtərəfli memorandum imzalanıb



"ASAN Radio” Azərbaycan paralimpiyaçılarına dəstək olacaq.
Bu barədə yanvarın 30-da "ASAN Radio”, Azərbaycan Milli Paralimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyası arasında üçtərəfli memorandum imzalanıb.
Memorandumu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "İnnovasiyalar Mərkəzi” MMC-nin "ASAN Radio” departamentinin müdiri Emin Musəvi, Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı imzalayıblar.
Anlaşma memorandumu tərəflər arasında informasiya dəstəyi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığı əhatə edir.
"ASAN Radio” Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə yaradılıb. Dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radio olan "ASAN Radio” daim sosial layihələrə, əlillərə xüsusi diqqətlə yanaşıb, həssas təbəqəyə mütəmadi yer ayırıb. Sosial çarxlar (video-audio) hazırlayıb, filmlər çəkən radio bu layihələri beynəlxalq tərəfdaşlarla birgə həyata keçirib. "ASAN Radio” yerli və beynəlxalq əhəmiyyətli idman yarışlarının media dəstəkçisidir.


Bu yazı

16851 dəfə oxunub

Tarix

2019-02-05 11:38:47

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev