Bədii gimnastika üzrə dünya çempionatının loqosu təsdiqlənib




Paytaxt Bakı 2019-cu ildə gimnastika yarışlarının mərkəzinə çevriləcək. Belə ki, bu il gimnastika növləri üzrə 3 Dünya kuboku yarışları, 2 Avropa çempionatı və nəhayət, dünya çempionatının təşkili Azərbaycan Gimnastika Federasiyasına həvalə olunub. Kuboklardan batut (16-17 fevral) və idman gimnastikası (14-17 mart), çempionatlardan isə bədii gimnastika üzrə dünya çempionatının (16-22 sentyabr) əsas özəlliyi Tokio Olimpiya Oyunları 2020-ə lisenziya xarakteri daşımasıdır. İlin ilk kubokunda medallar və lisenziya xalları uğrunda mübarizə aparacaq ən güclü batutçuların adları artıq məlumdur. İdman gimnastikasında isə fevral ayının ortalarında siyahının açıqlanacağı gözlənilir. Bütün bu turnirlərə paralel gedən hazırlıq mərhələsində bədii gimnastika üzrə dünya çempionatının loqosu da artıq təsdiqlənib. Bənövşəyi, qızılı və qırmızı rənglərin qarışıq tonları ilə qadın incəliyinin vurğulandığı loqoda əsas alət kimi lent seçilib. Bədii gimnastikanın ən sevilən alətlərindən olan lentin möhtəşəmliyi bu çempionatda gimnastlara dünya arenasını fəth etməyə ilham verəcəyi ən incə detallarla loqoda öz əksini tapıb.





Bu yazı

12773 dəfə oxunub

Tarix

2019-02-05 13:20:11

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev