Yeni mövsüm üçün müraciət vərəqəsi hazırdır



Beynəlxalq Avtomobil Federasiyası (FIA) qarşıdakı mövsüm üçün müraciət vərəqəsinin yekun variantını dərc edib. Bu, kifayət qədər gec baş versə də, səbəbi izah edilib. Formula 1 komissiyası iki komandanın adının dəyişdirilməsini yalnız ötən həftə təsdiq edib. İndi iştirakçıların siyahısında təkcə "Racing Point” deyil, həm də "Alfa Romeo Racing” olacaq. Bununla yanaşı, Hinvildə işlənib hazırlanmış və tikilmiş şassi də "Alfa Romeo” adlanır. Adından müraciət verilən "Sauber Motorsport AG” isə yalnız şirkət kimi iştirak edir. Dekabrın əvvəllərində elan olunmuş variant ilə müqayisədə daha bir dəyişiklik Aleksander Elbonun 23 nömrə altında çıxış edəcəyi barədədir.


Bu yazı

17290 dəfə oxunub

Tarix

2019-02-08 12:00:17

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev