Qran-prinin keçiriləcəyi şəhərlərin adı məlum olub



Dörd mərhələdən ibarət olacaq şahmat üzrə "Qran-Pri 2019” seriyasının yarışlarına Rusiya, Latviya, Almaniya və İsrail ev sahibliyi edəcək.
Bu ilki Qran-Prinin ilk yarışı mayın 16-30-da Moskvada keçiriləcək. Seriyanın digər yarışları iyulun 11-25-də Yurmalada, noyabrın 4-18-də Hamburqda, dekabrın 10-24-də Təl-Əvivdə təşkil olunacaq.
Nüfuzlu turnirdə dünyanın ən güclü 20 şahmatçısı iştirak edəcək. Şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da Qran-Pridə mübarizə aparacaqlar. FİDE-nin 12 nəfərlik ehtiyat şahmatçılar siyahısında Azərbaycan təmsilçisi Arkadi Naydiçin də adı var.
Xatırladaq ki, 2017-ci ildə keçirilən sonuncu Qran-Pri seriyasının qalibi Şəhriyar Məmmədyarov olub. Teymur Rəcəbov isə həmin yarışda üçüncü yeri tutub.


Bu yazı

2437 dəfə oxunub

Tarix

2019-02-11 11:24:13

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev