8 yaşlı gimnastımız Polşada qızıl medala layiq görülüb



Polşanın Sosnoviç şəhərində bədii gimnastika üzrə "Beynəlxalq Sosnoviç Qış Kuboku - 2019” adlı beynəlxalq turnir keçirilib.
Yarışda Polşa ilə yanaşı, Macarıstan, Ukrayna, Çexiya, Slovakiya, Sloveniya, Portuqaliya, Bolqarıstan, İsrail və Avstriyanın 20-dən çox klubun təmsilçisi mübarizə aparıb. Ölkəmizi beynəlxalq turnirdə 8 yaşlı gimnastımız Mina Abbasova təmsil edib.
İdmançımız 2010-cu il təvəllüdlü gimnastlar arasında keçirilən fərdi yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə tutaraq qızıl medala layiq görülüb. Qeyd edək ki, Mina Abbasova artıq 3 ildir ki, Budapeşt şəhərində fəaliyyət göstərən beynəlxalq dərəcəli hakim Lyubov Bernat və İnga Mackusun rəhbərlik etdiyi "Rus RG Sport” klubunda peşəkar səviyyədə məşğul olur. 5 yaşından başlayaraq iştirak etdiyi bütün beynəlxalq yarışlarda valideynlərinin işi ilə bağlı müvəqqəti yaşadığı ölkəni - Macarıstanı təmsil etsə də, ötən ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi "Gracia” kuboku turnirindən sonra Azərbaycan bayrağı altında çıxış edir.


Bu yazı

2764 dəfə oxunub

Tarix

2019-02-11 12:41:07

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev