Qayda pozuntuları cəriməsiz qalmadı


AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Topaz Premyer Liqa klublarının iştirakı ilə baş verən qayda pozuntularına da baxılıb.
Topaz Premyer Liqasının XV turunun "Zirə” - "Sabah” matçında "Zirə” və "Sabah” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub. Oyunun 25-ci dəqiqəsində "Sabah”ın futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 62-ci dəqiqəsində "Zirə”nin futbolçusu Vüqar Mustafayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub. "Zirə” və "Sabah” klubları matçın protokolunu vaxtında təqdim etmədiklərinə görə hər iki klub 800 manat cərimə olunub. "Qəbələ” - "Sumqayıt” matçında hakimlər otağında lazımı inventarlar olmadığına görə klub 1600 manat cərimə olunub. "Qarabağ” - "Neftçi” matçının 70-ci dəqiqəsində "Neftçi”nin futbolçusu Anton Krivatsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 90+2-ci dəqiqəsində "Qarabağ”ın futbolçusu Qara Qarayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 10-cu dəqiqəsində "Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.
Oyundan əvvəl "Qarabağ” klubunun məşqçisi Mario Dobromirov hakimlər otağına icazəsiz daxil olduğuna görə klub 1600 manat cərimə olunur.


Bu yazı

7951 dəfə oxunub

Tarix

2019-02-11 13:18:03

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev