“Neftçi”nin futbolçusundan 150-ci qol



Topaz Premyer Liqasında 2018/19 mövsümünün 150-ci qolu vurulub. Bu qolun müəllifi "Neftçi” - "Keşlə” qarşılaşmasında hesabı açan Emin Mahmudov olub.
Xatırladaq ki, mövsümdə ilk qolu 1-ci turun "Sumqayıt”la oyununda (2:0) "Neftçi”nin futbolçusu Mirabdulla Abbasov, 50-ci qolunu "Səbail”lə 6-cı turda (4:0) onun komanda yoldaşı Dario Frederiko vurub. 100-cü top isə 11-ci turun "Qəbələ” - "Qarabağ”görüşünə (1:3) hesabı açan meydan sahiblərinin futbolçusu Ceyms Adeniyinin aktivinə yazılıb.
Qeyd edək ki, "Keşlə” ilə qarşılaşmada komandasının hər iki qoluna imza atan Mahmudov karyerasında ilk dublu rəsmiləşdirib.


Bu yazı

3242 dəfə oxunub

Tarix

2019-02-11 13:57:32

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev