Gimnastlarımız ABŞ-da 10 qızıl medal qazanıblar


ABŞ-ın Texas ştatının Pleyno şəhərində Ümumdünya Olimpiya Gimnastika Akademiyasının (World Olympic Gymnastics Academy) təşkilatçılığı ilə çempionat keçirilib.
Çempionatda ilk dəfə Azərbaycan idmançıları iştirak ediblər. Beynəlxalq yarış ikiqat Olimpiya çempionu (1988) Valeri Lyukinin şərəfinə keçirilir. Çempionatda dünyanın müxtəlif ölkələrindən 4000 idmançı iştirak edib. Yarışda hər ölkədən ən güclü idmançıları yer alıb.
12 min tutumlu arenada baş tutan çempionatda Azərbaycanı idman gimnastikası üzrə Əli və Hüseyn Xəlilov qardaşları təmsil edib.
10 yaşlı Əli Xəlilov mütləq çempion olub və 6 qızıl medalın hamısını qazanıb. 8 yaşlı Hüseyn isə 4 qızıl medalın sahibi olub. Bundan başqa, Hüseyn gümüş medal da qazanıb.
Qeyd edək ki, bu çempionatda Azərbaycan ilk dəfə təmsil olunub.


Bu yazı

10396 dəfə oxunub

Tarix

2019-02-12 13:19:40

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev