“Prezident Kuboku”nda 4 medal


Azərbaycanın böyüklərdən ibarət taekvondo üzrə milli komandasının dörd idmançısı Türkiyədə təşkil edilən "Prezident kuboku" yarışında medal qazanıb.

Milli komandamızın üzvləri fevralın 11-də Antalyada start götürən Dünya Taekvondo Federasiyasının G2 kateqoriyalı yarışında mübarizə aparıblar. Avropa qitəsində sayca 4-cü dəfə keçirilən turnirin sonuncu günündə 4 kişi taekvondoçumuz mükafatçılar sırasında yer alıb.

Belə ki, dayanq üzərinə çıxan Milad Beigi Hərçəqani (80 kq) yalnız həlledici görüşdə məğlub olaraq yarışı gümüş medalla başa vurub. Təmsilçilərimizdən Qaşım Maqomedov (58 kq), Ramin Əzizov (87 kq) və Radik İsayev (87 kq-dan yuxarı) yarımfinalda uduzaraq turnirdə bürünc medalla kifayətləniblər.

Bu, böyüklərdən ibarət taekvondo üzrə yığmamızın üzvlərinin 2019-cu ildə iştirak etdikləri ilk beynəlxalq yarış olub.

Komandamızın üzvləri fevralın 15-16-da keçiriləcək "Turkish open" beynəlxalq turnirində də qüvvələrini sınayacaqlar.



Bu yazı

16480 dəfə oxunub

Tarix

2019-02-13 12:49:58

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev