Boks millimiz “Strandja” turnirində iki bürünc medal qazanıb


Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi "Strandja” turnirində yarımfinal mərhələsinə yekun vurulub. Bu mərhələdə Azərbaycan millisinin iki üzvü qüvvəsini sınayıb. 70-ci dəfə təşkil edilən turnirdə 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev yarımfinalda amerikalı Riçard Torres ilə üz-üzə gəlib. Gərgin keçən görüş rəqibin qələbəsi ilə başa çatıb.
Komandamızın digər boksçusu Aynur Rzayeva (75 kq) da yarımfinalda mübarizəni dayandırıb. O, ABŞ boksçusu Naomi Qrahama məğlub olub. Beləliklə, hər iki boksçumuz yarışı bürünc medalla başa vurub.



Bu yazı

11318 dəfə oxunub

Tarix

2019-02-20 15:34:49

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev