Komandamız "Ehramlar ölkəsi"ndə 5 medal qazanıb


Misirin Hurqada şəhərində keçirilən parataekvondo üzrə açıq Afrika çempionatında dörd idmançı ilə təmsil olunan paralimpiya milli komandamızın üzvləri reytinq xallarını artırıblar.
Komandamızın kapitanı, 75 kiloqram çəki dərəcəsində mübarizəyə qatılan Nicat Müslümov K42 və K43 kateqoriyalarında iki qızıl medal qazanıb.
Qadın parataekvondoçulardan Röyalə Fətəliyeva (K44, 49 kq) və Aynur Məmmədova (K44, +58 kq) yalnız final döyüşündə məğlub olaraq yarışı gümüş medallarla başa vurublar.
Digər kişi idmançımız Elimxan Manafov (K43, 61 kq) yarımfinalda mübarizəni dayandırıb.
Komanda hesabında millimiz üçüncü yerdə qərarlaşıb. Nicat Müslümov yarışın ən güclü idmançısı seçilib.
Beləliklə, baş məşqçi Fərid Tağızadənin yetirmələri 28 ölkədən 108 idmançının mübarizə apardığı beynəlxalq reytinq turnirini iki qızıl, iki gümüş və bir bürünc medalla başa vurublar.





Bu yazı

12387 dəfə oxunub

Tarix

2019-02-21 15:47:51

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev