Qadın güləşçilərimiz Türkiyədə təlim-məşq keçirlər

Qadın güləşçilərdən ibarət yığmamız Türkiyədə növbəti təlim-məşq toplanışına start verib.
Qadınıardan ibarət millimiz bu dəfə Ədirnədə hazırlıq keçir. Fevralın 20-də start götürən toplanış martın 4-dək davam edəcək.
Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında heyətdə Türkan Nəsirova, Şahanə Nəzərova (hər ikisi 50 kq), Tatyana Varansova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko, Elmira Qəmbərova (hər ikisi 62 kq), İrina Netreba, Elis Manolova (hər ikisi 65 kq), Ceyla Nağızadə (68 kq) və Səbirə Əliyeva (76 kq) yer alıblar.
Həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışacaq yığmamız Türkiyə, Monqolustan və Hindistan güləşçiləri ilə birgə toplanış keçir.


Bu yazı

7691 dəfə oxunub

Tarix

2019-02-23 10:15:54

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev