Ruslar boksa görə çox narahatdır


Rusiya boksçuları idmanın bu növünün Olimpiya Oyunlarının proqramında saxlanılması ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) məktub ünvanlayıblar.
Bu barədə Rusiya Boks Federasiyasının baş katibi Umar Kremlyev yerli jurnalistlərə bildirib.
"Biz BOK-un komissiyasına müraciət etdik. Ali idman qurumuna Olimpiya çempionlarının imzası ilə məktub göndərdik. Beynəlxalq Boks Federasiyası (AIBA) BOK-un bütün suallarını cavablandırıb. İndi biz şəffaf sistemdə və sıx əməkdaşlıq şəraitində çalışmalıyıq”, - deyə U. Kremlyev deyib.
U.Kremlyev Avropa Boks Konfederasiyasının (EUBC) vitse-prezidentidir, eyni zamanda AIBA İcraiyyə Komitəsinin üzvüdür.
Bundan əvvəl BOK AIBA-nın istintaqının tamamlanmasınadək Tokio Olimpiadasında boks turnirinin keçirilməsi planını "dondurub”. BOK, həmçinin bu federasiyanın maliyyələşdirilməsi, bilet satışı, təsnifat sisteminin təsdiqi və tətbiqi, test tədbirləri və yarışların yekun qrafikinin hazırlanması üzrə prosesləri dayandırıb. AIBA-ya Olimpiya obyektləri, rəmzləri və reklam materiallarından istifadə etmək də qadağan olunub.

Bu yazı

8448 dəfə oxunub

Tarix

2019-02-23 17:27:32

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev