Komandamız Kəmərdə uğurla təmsil olunub


Türkiyənin Kəmər şəhərində xüsusi qayğıya ehtiyacı olan insanlar arasında stolüstü tennis üzrə beynəlxalq turnir keçirilib. Türkiyə, Azərbaycan və Kiprdən 600-dək idmançının iştirak etdiyi yarışlarda ölkəmizi "Autizmlilər” İdman Klubu İctimai Birliyinin (İKİB) komandası təmsil edib. Komandamızın üzvləri Nicat Həmidov qızıl, Rza Bayramov və Xaqan Əliyev gümüş, Kamal Bayramov bürünc medal qazanıblar. Klubun atletika komandası apreldə Antalyada keçiriləcək beynəlxalq turnirdə çıxış edəcək.
Qeyd edək ki, klubda stolüstü tennis, atletika, velosiped idmanı, üzgüçülük üzrə bölmələr fəaliyyət göstərir. Bu yaxınlarda isə Autizmlilər” futbol klubu yaradılıb.





Bu yazı

8981 dəfə oxunub

Tarix

2019-02-23 18:03:05

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev