Yeniyetmə karateçilərimiz beynəlxalq turnirdə uğurla çıxış ediblər


İranın Astara şəhərində kyokuşin karate üzrə beynəlxalq turnir keçirilib. IV Beynəlxalq Karate Festivalında Azərbaycandan 90-dək idmançı medal uğrunda mübarizə aparıb.
Karate üzrə 7 qat dünya, 6 qat Avropa çempionu, Əməkdar məşqçi Siyavuş Bayramovun çalışdırdığı "Araz”, "Fortuna” və "Vətən” idman klublarının təmsilçiləri yarşları uğurla başa vurublar. Məşqçinin "Olimpiya dünyası” qəzetinə verdiyi məlumata görə, onun yetirmələri vətənə 10 medalla qayıdıblar. Belə ki, "Vətən” İdman Klubunun təmsilçiləri yarışlarda 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Qızıl medalı komandamıza karate yarışlarında Xasay Məhərrəmov (10-11 yaşlılar arasında) və katada Əli Məmmədli (10-13 yaş) qazandırıb. Rza Maqsudlu (6-7 yaş) gümüş, İdris Məmmədzadə (8-9 yaş) isə bürünc medala layiq görülüb.
"Fortuna” İdman Klubunun idmançıları ümumilikdə, 3 (2 qızıl, 2 gümüş) medala sahib olublar. Rza Rzazadə (16-17 yaş) və Turan Cəbrayılov (12-13 yaş) bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsində qərar tutublar. Nihat Əfəndi (12-13 yaş) isə yarışları 3-cü yerdə başa vurub.
"Araz” İdman Klubunun idmançıları isə yarışları 3 medalla başa vurublar. Birinci olmağı bu klubun təmsilçilərindən Ülvi Quliyev (14-15 yaş) bacarıb. Onun komanda yoldaşları Azər
Qasımov (10-11 yaş) və Fazil Məcidov (14-15 yaş) isə bürünc medala layiq görülüblər.
Qarşıda yeniyetmə karateçilərimizi mart ayında Bakıda karatenin 40 illiyi münasibətilə keçiriləcək Baku-Open beynəlxalq turniri gözləyir.


Bu yazı

7932 dəfə oxunub

Tarix

2019-02-25 15:19:21

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev