Hakimlərimiz FİNA rəsmiləri siyahısında


Azərbaycan Üzgüçülük Federasiyasının (AÜF) tarixində ilk dəfə olaraq 2 hakimimiz rəsmi məktəb tamamlayaraq beynəlxalq hakim adını alıblar.
Makedoniyanın Skopye şəhərində Beynəlxalq Su İdman Növləri Federasiyasının (FİNA) təşkil etdiyi beynəlxalq hakimlik məktəbində ölkəmizi AÜF-in vitse-prezidenti Elçin Həsənov və üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdurəhmanov təmsil ediblər.
Təmsilçilərimiz iki gün davam edən nəzəri və praktiki tədbirin sonunda imtahan verərək yüksək bal qazanıb və AÜF-in tarixində ilk dəfə olaraq rəsmi məktəb tamamlayaraq beynəlxalq hakim adını alıblar.
E.Həsənov və R.Əbdurəhmanovun adı 2019-2022-ci illərdə FİNA rəsmiləri siyahısına salınıb.


Bu yazı

14676 dəfə oxunub

Tarix

2019-02-25 16:42:13

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev