Bupapeştdə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş peşəkar boks gecəsi təşkil edilib



Macarıstanın paytaxtı Budapeşt şəhərində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş peşəkar boks gecəsi keçirilib.
Yarış Heydər Əliyev adına Beynəlxalq Boks Komitəsi (WBCA-World Boxing Committee Aliyev) və "AKK Promotio”nun təşkilatçılığı ilə baş tutub.
2000-dən çox tamaşaçının izlədiyi və yerli telekanallarda canlı nümayiş olunan gecədə azərbaycanlı idmançı Roman Zakirov IBO və WBCA beynəlxalq kəməri uğrunda meksikalı boksçu Daniel Vega Cotanı məğlub edib.
Qalibin şərəfinə Azərbaycan bayrağı yüksəldilib və Xocalı soyqırımını əks etdirən videogörüntü nümayiş olunub.
Heydər Əliyev adına Beynəlxalq Boks Komitəsinin rəhbəri Yaşar Niftəliyev bildirib ki, belə tədbirin Avropada keçirilməsi Azərbaycan diasporunun uğurudur: "Diasporla İş üzrə Dövlət Komitəsi və sədri Fuad Muradovun son vaxtlar diaspor təşkilatları ilə sıx təması və birgə fəaliyyəti bu kimi uğurları reallaşdırıb. Bu, bizi gələcəkdə daha da yaxşı işlər görməyə ruhlandırır”.


Bu yazı

15066 dəfə oxunub

Tarix

2019-02-26 11:05:00

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev