Novak Cokoviç liderdir



Peşəkar Tennis Assosiasiyası (ATP) yeni reytinq siyahısını açıqlayıb.
Siyahıya 10 min 955 xalla serbiyalı Novak Cokoviç başçılıq edir. İspaniyalı Rafael Nadal ikinci (8320), alman Aleksandr Zverev isə bir pillə irəliləyərək üçüncü yerdə qərarlaşıb (6475). Yanvarda reytinqdə altıncı yerdə qərarlaşan isveçrəli Rojer Federer yeni reytinqdə 4100 xalla yeddinci yerə geriləyib.
Digər pillələrdə müvafiq olaraq, Xuan Martin del Potro (Argentina, 5085), Kevin Anderson (Cənubi Afrika Respublikası, 4595), Kei Nişikori (Yaponiya, 4190), Rojer Federer (İsveçrə, 4100), Dominik Tim (Avstriya, 3800), Con İsner (ABŞ, 3270) və Marin Çiliç (Xorvatiya, 3095) yer alıblar.



Bu yazı

8317 dəfə oxunub

Tarix

2019-02-26 12:19:47

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook
"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev