Məktəblilər “Sərhədçi”də yarışırlar



Fevralın 27-də məktəblər arasında respublika çempionatının proqramına uyğun olaraq, basketbol idman növü üzrə yarışların final mərhələsinə start verilib. Iki gün davam edəcək oyunlarda zona yarışlarında I və II yeri tutan komandalar mübarizə aparacaq. "Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək yarışların açılış mərasimində tərəfdaş qurumların, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, məktəblər arasında respublika çempionatı Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir. 2018-2019-cu tədris ili ərzində keçiriləcək çempionatda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin komandaları şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-cu siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə mübarizə aparacaq. Şahmat və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır. Voleybol və basketbol idman növləri üzrə keçirilən yarışların qalib komandaları məktəblərin dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanır.



Bu yazı

11130 dəfə oxunub

Tarix

2019-02-28 11:16:48

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev