Olimpiadanın medalları köhnə telefonlardan hazırlanacaq


Tokio-2020 Yay Olimpiadasının Təşkilat Komitəsinin təşəbbüsü ilə 50 tonadək köhnə telefon, videokamera və noutbuk yığılıb. Məqsəd həmin qurğulardan çıxarılacaq qiymətli metallardan medallar hazırlamaqdır.
Bildirilir ki, artıq 100 faiz bürünc, 85 faiz gümüş və 94 faiz qızıl əldə olunub.
Köhnə smartfon, noutbuk və videokameraların yığılması üçün iki il vaxt tələb olunub. Bu məqsədlə ölkə üzrə 4 minədək qəbul məntəqəsi açılıb.
Xatırladaq ki, növbəti XXXII Yay Olimpiya Oyunları 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək.



Bu yazı

2480 dəfə oxunub

Tarix

2019-02-28 12:32:36

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev